Azərbaycan-Vyetnam Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Azərbaycan-Vyetnam Strateji Tərəfdaşlığı: Yeni Dövrün Başlanğıcı

Aygün Qəhrəmanova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, Göyərçin uşaq bağçası və körpələr evinin müdiri

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında baş tutan görüş, iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Rəsmi səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir sıra önəmli məqamları əhatə edirdi. Dövlət başçısı əminliklə bildirdi ki, səfər uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.

Azərbaycanla Vyetnam arasında əməkdaşlığın ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat kimi bir çox istiqamətləri əhatə etdiyini vurğulayan Prezident, iki ölkənin birgə səylərlə böyük potensialı reallaşdıra biləcəyini qeyd etdi. Görüş nəticəsində Azərbaycan ilə Vyetnam arasında aşağıdakı sahələr üzrə 11 mühüm sənəd imzalandı. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.