Azərbaycan və Özbəkistanın qarşısında çox aydın bir hədəflər var

Azərbaycan və Özbəkistanın qarşısında çox aydın bir hədəflər var

Firuzə Aslanova

Suraxanı Tibb Mərkəzinin əməkdaşı

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Səfər çərçivəsində mədəniyyət, turizm, təhsil, sosial təminat və şəhərlərarası əlaqələr üzrə yeni sənədlərin imzalanması da xalqlarımız arasında münasibətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması barədə protokollar bu əlaqələrin regionlara qədər genişləndiyini göstərir. 

Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinin nümunəvi səviyyəyə çatmasının əsas səbəblərindən biri iki ölkə liderinin siyasi iradəsi və qarşılıqlı etimadıdır.Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərin bütün sahələrdə inkişafına güclü impuls verir. 

Azərbaycan və Özbəkistanın müxtəlif beynəlxalq və regional platformalarda bir-birini dəstəkləməsi də bu müttəfiqliyin yalnız ikitərəfli deyil, daha geniş geosiyasi əhəmiyyət daşıdığını göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi də son dövrdə iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi, energetika, nəqliyyat-logistika və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində müsbət dinamikanı xüsusi vurğulayıb. 

Bu gün artıq Azərbaycan və Özbəkistan münasibətlərindən sadəcə gələcək planlar kimi danışmaq doğru olmaz. Çünki bu münasibətlərin arxasında həyata keçirilmiş layihələr, imzalanmış sənədlər, qarşılıqlı investisiyalar, artan ticarət dövriyyəsi və ən əsası, iki xalqın güclü qardaşlıq hissləri dayanır. İnanıram ki, avqustun 23-də Daşkənddə əldə olunan razılaşmalar Azərbaycan–Özbəkistan münasibətlərində yeni səhifə açmaqla kifayətlənməyəcək, bu münasibətləri daha yüksək mərhələyə daşıyacaq.

Bu gün Azərbaycan və Özbəkistanın qarşısında çox aydın bir hədəf var: birlikdə inkişaf etmək, birlikdə yeni imkanlar yaratmaq və xalqlarımızın rifahına xidmət edən daha böyük layihələr həyata keçirmək. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər artıq zamanın sınağından çıxmış dostluğun, qarşılıqlı etimadın və strateji müttəfiqliyin nümunəsidir. Bu münasibətlərin gələcəyi isə daha böyükdür. Çünki Azərbaycan və Özbəkistanı yalnız ortaq maraqlar deyil, ortaq tarix, ortaq dəyərlər və əbədi qardaşlıq bağları birləşdirir.

 

Paylaş