Dilarə Zeynalova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin müəllimi
XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları etmiş və hərbi təcavüzə başlamışdır. Həmin vaxt Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən erməni vandalları torpaqlarımızın 20%-ni işğal etdi və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma dədə-baba yurdlarından didərgin düşdülər. Azərbaycan xalqına qarşı hərbi təcavüzlərin nəticələrinin aradan qaldırılması, BMT- nin müxtəlif qətnamələrinin həyata keçirilməsi, 30 il davam edən nəticəsiz danışıqlar prosesi nəticəsiz qaldı.
2019 – cu ildən etibarən isə Ermənistanın rəhbərliyinin verdiyi bir çox təxribatçı bəyanatlar və lazımsız qanunlar danışıqlar prosesini məqsədyönlü şəkildə pozurdu. Erməni lobbisi, təxribatçı qüvvələri Azərbaycan torpaqlarını öz ərazilərinə ilhaq edərək özlərini güclü hesab edir, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirdilər. Arsızcasına “yeni ərazi uğrunda yeni müharibə” çağırışı ilə könüllü qeyri- erməni dəstələri yaradaraq 2020-ci il iyulun 12-də Tovuz ərazilərində təxribat törətdilər, qoşun yerləşdirdilər, genişmiqyaslı döyüşə başladılar. Bu özbaşınalığa cavab olaraq Ali Baş Komandan ərazi bütövlüyümüzü qorumaq üçün separatçı qüvvələri susdurmaq əmri verid.
44 gün davam edən savaş 30 il işğalda qalan cənnət diyarların geriyə qaytarılması ilə başa çatdı. Amma Azərbaycanın digər dilbər güşələri hələdə vandalların əsirliyində qalmışdı. Xankəndi, Xocalı, Xocavənd, Suqovuşan, Ağdərə, Əsgəran və s. qiymətli yurd yerlərimiz öz Xanını gözləyirdi.
İkinci Qarabağ müharibəsindən sonra məqsədli şəkildə Ermənistan ordusu öz istehsalı olan minalardan istifadə edərək ərazilərimizin bir çox yerində məhsullarını basdırdılar. Öz mənfur əməllərindən əl çəkmirdilər. Ali Baş Komandan İlham Əliyev dəfələrlə sülh çağırışı etsə də, Ermənistan tərəfi bu danışıqlardan boyun qaçırır, öz mənfur təxribatçı əməllərindən əl çəkmirdi. Hətta 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrini və texnikasını ərazilərimizdən çıxarmırdı. Xarici havadarlar da bu bədnam əməli dəstəkləyirdi necə ki, hələ də dəstəkləyir.
Separatçıların Qarabağdakı qeyri-qanuni əməllərinə qarşı hətta bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri Laçın – Şuşa yolunda aylarla etiraz aksiyası keçirdilər. Bunlar da vandallara təsir etmədi. İmzalanmış kapitulyasiya aktına əsasən Ermənistan qanunsuz şəkildə Azərbaycan ərazilərindı yerləşdirdiyi 10 mindən çox ordu birləşmələrini çıxartmadı,əksinə yenə təxribatlar törətməyə başladı. Bu azmış kimi müstəqillik iddialarından əl çəkmir özlərinə prezident seçir , nazir təyin edirdilər.
Bu özbaşınalıqlara son qoymaq üçün Qarabağda Rusiya sülhməramlıları yerləşdirildi. Bu qüvvələr hər iki tərəfin mövqeyini qorumaq üçün yerləşdirilmişdi. Lakin vandallar yenə bəd əməllərindən əl çəkmədilər. Erməni diversiya qüvvələri Füzuli-Şuşa yolunda minalar yerləşdirərək Daxili Qoşunların hərbi qulluqçularını və mülkü şəxsləri qətlə yetirdilər. Ağdam və Şuşa ərazilərində yenə mülki əməkdaşlar həlak oldu. Bütün bu saysız təxribatların qarşısını almaq üçün Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa edilməsi məqsədilə ərazilərimizdə lokal xarakterli antiteror tədbirlərinə başlanıldı.
Dəfərlərlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən erməni icma nümayəndələri ilə görüşdən imtina edən erməni icma nümayəndələri Yevlaxda görüşə məcbur oldular. Bu görüşdə separatçı rejimin ləğvi, Qarabağda hələ də, yaşayan erməni sakinlərinin reinteqrasiya məsələləri müzakirə olundu. Azərbaycan tərəfi bu yararsız millətə hətta regionda qalıb- qalmamaq barədə müstəqil qərar vermə imkanı yaratmışdı.
2023- cü il 19 – 20 sentyabrda rəşadətli Azərbaycan ordusu erməni silahlı qüvvələrinin atəş nöqtələrini, hərbi obyektləri sıradan çıxartdı. Düşmən 30 il ərzində elə istehkamlar qurmuş, yüksək, keçilməz dağlıq ərazilərdə elə qurğular yerləşdirmişdi ki, bu ərazilərə çıxmaq və ələ keçirmək asan deyildi. Amma 44 günlük müharibədə Zəfərlərə imza atmış qəhrəman hərbiçilərimiz, peşəkar əsgərlərimiz bu savaşdan da üzüağ çıxdı. Azərbaycan Prezidenti bu əməliyyat zamanı erməni əhalisinin zərər görməməsi əmrini vermişdi. Hətta erməni əhalisinə mobil SMS xidməti vasitəsilə separatçılara yardım etməməyi, hərbi obyektlərdən kənar olmağı təklif etdi, əhaliyə yenə xəbərdarlıq üçün məlumat vərəqələri paylanıldı.
Azərbaycan Respublikasının qanunlarına və Beynəlxalq hüqüq normalarına əsasən, hər cür tibbi və digər yardımlar göstərilirdi. Körpələr, qocalar, xəstələr mühafizə və müdafiə olunurdu.
Cəmi 23 saat davam edən antiteror əməliyyatı separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. 20 sentyabr saat1300 – da əməliyyat tədbirləri dayandırıldı. 28 sentyabr qondarma separtaçı rejimi ləğv edildi və sənədlər imzalandı. Beləliklə, həsrətində olduğumuz dilbər guşələr ordumuzun əlinə keçdi. Qanunsuz yaradılan erməni ordusu, xunta rejimi ləğv edildi, əsas rəhbərlər həbs edildi, sonda isə məhkəmə qarşısına çıxardılar. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev bir daha haqlı və ədalətli mövqeyini sübut etdi. Ölkəmizdə fəaliyyət göstərən 23 partiya rəhbərləri də Prezidentimizin ətrafında sıx birləşdilər. Biz buna inanır və Ali Baş Komandanın ətrafında sıx birləşirik.
Yaşasın bütöv Azərbaycan !