200 nəfər Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda təhsil almaqdadırlar

200 nəfər Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda təhsil almaqdadırlar
Ülviyyə Orucova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin şöbə müdiri
Bu gün Azərbaycan dövləti, bir sıra xarici dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində çox böyük işlər görür. Belə ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev, səfər etdiyi bir sıra xarici ölkələrlə, istər siyasi, istər iqtisadi, istərsə digər sahələrdə, əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində böyük işlərə imza atır.
Dövlət başçısı İlham Əliyevin növbəti uğurlu səfəri, 30 yanvar 2023-cü il tarixdə Macarıstana gerçəkləşmişdir. Azərbaycan ilə Macarıstan dövlətləri arasında hər zaman döstluq münasibətləri mövcud olmuşdur. Dövlət başçısı cənab ilham Əliyevin Budapeştə səfəri, bundan sonra əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına zəmin yaradır.
Azərbaycanın dilbər guşəsi olan Qarabağın Ermənistan ordusu tərəfindən işğalda olduğu müddətdə, Azərbaycan dövləti və xalqı olaraq, müxtəlif dövlətlərlə düzgün diplomatik əlaqələrin qurulmasının, təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin nə qədər vacib olduğunun və həmçinin dünya ictimaiyyətinə informasiya sahəsində həqiqətləri çatdırmağın, nə qədər əhəmiyyətli olduğunu görmüşük və yaşamışıq.
Cənab İlham Əliyevin Macarıstana səfəri, ölkələrimiz arasında iki dost və tərəfdaş ölkə olaraq, bundan sonra, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində, iki ölkə qarşılıqlı dəstəyi də bir birinə əsirgəməyəcək.
Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü düzgün xarici siyasətin, düzgün diplomatiyanın və Avropa ölkələri ilə istər enerji sahəsində, istərsə də digər sahələrdə əlaqələrin qurulması nəticəsində, həmçinin rəşadətli Azərbaycan ordusu və Azərbaycan xalqının rəhbərinə olan güvəni və dəstəyi ilə Azərbaycan dovləti öz əzəli torpağı olan Qarabağın Ermənistanın işğalından azad olunmasına müvəffəq olmuşdur. Bu gün tarixi Azərbaycan torpağı olan Qarabagda böyük quruculuq işləri vüsət almışdır.
Hər bir dövlətin güclü olmasına nail olmaqdan ötrü, onun iqtisadiyyatının inkişaf etdirilməsi vacib məsələdir. Ulu öndər Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Uzun illər ərzində Heydər Əliyev tərəfindən aparılan və hal-hazırda isə onun siyasi varisi, İlham Əliyev tərəfindən davam etdirilən, uğurlu xarici diplomatiyanın nəticəsidir ki, bu gün bir sıra Avropa dövlətləri ilə müxtəlif sahələrdə əməkldaşlıq əlaqələri qurulmuşdur.
1994-cü ildə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən Bakı-Ceyhan neft kəməri layihəsi gerçəkləşdirildi. Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə, dünyanın on bir böyük neft şirkəti arasında, Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, cənab İlham Əliyev tərəfindən, böyük enerji layihələri həyata keçirilir. Belə ki, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışaraq, iki il əvvəl, Cənub Qaz Dəhlizi layihəsinin icrasına nail olmuşdur. Bu çox müasir enerji infrasturkturu olmaqla, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Vaxtilə tarixə qovuşan Nabukko layihəsi yenidən canlandırlmışdır, artıq Azərbaycan qazı Bolqarıstana, oradan Rumıniyaya, daha sonra Macarıstana və oradan digər Avropa ölkələrinə çatdırılacaqdır. Azərbaycan neftinin və qazının dünya bazarlarına ixracı ölkə iqtisadiyyatının inkişafına və yaxın gələcəkdə dövlətimizin daha da güclənməsinə təkan verəcəkdir. Macarıstan dövləti keçmiş dövrlərdən bəri, Azərbaycan dövləti ilə daima dostluq münasibətində olan ölkələrdən biridir. Macar xalqı, həm də bir türk mənşəli xalq olaraq, hun türkləri olduğundan, bizim xalqlarımızı həm də qohumluq əlaqələri birləşdirir.
Bu gün ölkələrimiz arasında təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri vardır. Belə ki, hal-hazırda 200 nəfər Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda təhsil almaqdadırlar. Bu yaxın gələcəkdə Azərbaycanın kadr potensialının artırılması və Avropa təhsil təcrübəsinin ölkəmizdə tətbiq olunması istiqamətində mühüm hadisədir.
Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəklər. Belə ki, ölkəmiz Macarıstan dövlətinin şəhərsalma təcrübəsindən yararlanaraq, işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur qurulmasını həyata keçirəcəkdir. Azərbaycan dövləti həmişə çoxmillətli dövlət olmaqla yanaşı, həm də tarixi beynəlmiləlçilik və tolerantlıq ənənələrinə malikdir. Azərbaycan dövləti ölkə daxilində yaşayan bütün xalqlara qarşı yüksək dözümlülük, tolerantlıq münasibəti bəsləməklə yanaşı, həmçinin öz xarici siyasətində də, yaxın və uzaq dövlətlərlə münasibətdə, hər zaman yüksək tolerantlılıq, beynəlmiləlçilik nümayiş etdirməkdədir.
Azərbaycan vətəndaşı olaraq inanıram ki, bu gün Azərbaycanın böyük enerji layihələrinin gerçəkləşməsi, inkişaf etmiş və bizə dost olan Avropa dövlətləri ilə, iqtisadi, hərbi, elmi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycan dövlətinin və xalqının rifahının yüksəlməsinə və ölkəmizin daha da inkişaf edərək, işıqlı və parlaq sabahlarına yol açır.