20 ildir ki, Azərbaycan xalqı həmişə öz liderinə güvənib, inanıb ona arxa və dayaq olub
Nəsibə Qurbanova
Yeni Azərbaycan Partiyasının təssübkeşi
Suraxanı rayon, 85 nömrəli tam orta məktəbin müəllimi
Görkəmli dövlət xadimi, yeni əsrin lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezdenti seçilməsindən təxminən 20 il keçir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadin qazanaraq Azərbaycan Respublikasının Prezdenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
2008-ci, 2013-cü və 2018-ci illərdə kecirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazanıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli lahiyələrin təşəbüskarı və uğurlu icraçısı etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft kəməri Azərbaycan qazının Avropaya çatdıran Cənub Qaz dəhlizi TAP lahiyəsi Avropanı Asiya ilə birləşdirən Bakı-Tiblisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqilyyat dəhlizləri ölkəmizi energetika və nəqiliyyat mərkəzinə çevirib.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqeylərini gücləndirməsi ilə müşayiət olunub. Ali Baş komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşına başladı və dünyanı heyrətə salan hərb uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpağlarımızı 44 gün ərzində azad olundu.
Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib, inanıb ona arxa və dayaq olub. Prezdentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqın birliyidir. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonrada öz öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Biz sizinlə fəxr edirik cənab Ali Baş komandan!