YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Yeni Suraxanı qəsəbəsi 25-ci Bülbülə küçəsi 26 ünvanında yerləşən (316 №-li tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, sözügedən Ərazi Partiya Təşkilatının (ƏPT) sədri, 316 №-li tam orta ümumtəhsil məktəbin direktoru Yasin Quliyev və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yasin Quliyev iştirakçıları salamladıqdan sonra 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə Qurultayda qəbul edilmiş qərarların və dövlət başçısının dərin məzmunlu çıxışında qarşıya qoyduğu vəzifələrin hər bir YAP üzvünün üzərinə daha böyük məsuliyyət qoyduğunu, ərazi təşkilatlarının işinin daha sistemli və ardıcıl qurulmasının, ideoloji-siyasi işin gücləndirilməsinin və hər bir partiya üzvünün öz əmək fəaliyyətində nümunə göstərməsinin vacibliyini xüsusi vurğulayıb.

ƏPT üzvü İlhamə Şirinova çıxış edərək Azərbaycanın son illərdə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, ölkənin davamlı inkişafının təmin olunması, vətəndaşların rifahının yüksəldilməsi və milli həmrəyliyin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlərə nail olmaq üçün siyasi sabitliyin qorunması, cəmiyyətin bütün təbəqələrinin ümumi inkişaf hədəfləri ətrafında birləşməsi və hər bir vətəndaşın ictimai məsuliyyətini dərk etməsi xüsusi əhəmiyyət daşıyır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, YAP-ın sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi hər bir sahədə məsuliyyətli fəaliyyətin təşkilini, milli-mənəvi dəyərlərin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini və maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunması, onların dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Paylaş