Yeni Laçının memarlıq üslubu göz oxşayır
Zəngin təbii sərvətlərə malik Azərbaycan qədimdən bəri səlnaməçilərin, tarixçilərin və səyyahların böyük marağına səbəb olmuşdur. Ölkəmiz qədim və orta əsrlər dövrünə aid saysız-hesabsız mədəniyyət nümunələri ilə onu görənləri heyrətləndirmişdir.
Azərbaycanın zəngin mədəni və ədəbi irsinin dünyaya tanıdılması hər zaman ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətin prioritet işlərindən olmuşdur. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrdən olan qrupların Azərbaycana səfərləri təşkil olunmuşdur. Baş tutan səfərlər ölkəmizin zəngin mədəniyyətini dünyaya çatdırmaq, inkişafına təkan vermək və turizm sektorunu genişləndirmək məqsədi daşıyır.
Azərbaycan bu səfərləri təşkil etməklə, həm qonaqpərvər ölkə olduğunu, həm də 30 il ərzində mənfur düşmən tərəfindən mədəniyyət abidələrinin necə dağıdıldığını, viran qaldığını, ərazilərimizdə çıxarılan təbii sərvətlərinin necə talandığını dünya ictimaiyyətinə çatdırır.
Erməni sakinlərinin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il 26 avqust tarixi Laçın Şəhəri günü kimi qeyd olunur. Ötən 30 ilə yaxın dövr ərzində ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan laçınlılar bu bayramı artıq öz doğma yurd-yuvalarında keçirirlər.
Regionda yeni iş yerlərinin yaradılması, yol infrastruktrunun bərpa edilməsi, həmçinin burada sahibkarlıq fəaliyyətinə lazımi dəstək olunması iqtisadi fəallığın əsas amillərindəndir.
Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Bütün bunlar hər bir vətəndaş kimi hamımızı qürurlandırır.