YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 54 ünvanında yerləşən ƏPT-da seçki keçirilmişdir  

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 54  ünvanında yerləşən ƏPT-da seçki keçirilmişdir   

YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 54 ünvanında yerləşən ərazi partiya təşkilatında (87 nömrəli tam orta məktəb) yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə iclas keçirilmişdir. ƏPT-nin sədr müavini Nailə Kərimova iclası açıq elan etdikdən sonra bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədr və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. N.Kərimova ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat verdi. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. N.Kərimova ƏPT sədrliyinə Şahin Cəfərovun namizədliyini irəli sürmüşdür. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Şahin Cəfərov yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri Şahin Cəfərov çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Ş.Cəfərov ƏPT-nin sədr müavini N.Kərimovanın işində gərginliyi ilə əlaqədar onun sədr müavinliyindən istefa verməsini nəzərə alaraq ƏPT-nin sədr müavini vəzifəsinə Xədicə Səmədzadənin namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Xədicə Səmədzadə yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək iclas iştirakçılarına Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir.

O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir. Salman Əbdülov eyni zamanda öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.