YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

27 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Surxay Noçuyev küçəsi 503 ünvanında yerləşən (290 nömrəli tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Yeganə Abdullayeva çıxış edərək YAP-ın VIII Qurultayı ölkəmizin həyatında tamamilə yeni və qürurlu bir mərhələnin - ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdiyimiz tarixi dövrün başlanğıcı oldu. Cənab Prezidentimiz, Partiyamızın sədri İlham Əliyevin qurultaydakı konseptual nitqi hər birimiz üçün gələcək fəaliyyətimizdə mühüm bir yol xəritəsini çəkir.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova partiya üzvü olmağın nə qədər məsuliyyətli və şərəfli olmağı haqqında və hər bir üzvümüzün partiyaya sadiq olmağını, ölkəmizdə gedən bütün ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirməyin vacibliyini diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gündə dəyişilməz olaraq uğurla davam etdirilir. Cənab Prezidentimizində Qurultayda çıxışı zamanı qeyd etdiyi kimi, “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” 

Daha sonra çıxış edən məktəbin tarix müəllimi Firudin Həsənov güclü dövlətçiliyimiz, iqtisadi müstəqilliyimiz və qüdrətli hərbi potensialımız bizim sarsılmaz dayağımızdır deyə vurğuladı. İqtisadi sahədə qazandığımız uğurlar göz qabağındadır. Bütün bunların təməlində isə xalq-iqtidar birliyi və güclü siyasi liderimizin olması dayanır.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Paylaş