YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
27 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Növbəti belə görüş Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 208 ünvanında yerləşən ərazi partiya təşkilatında (Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbi) keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin müəllimi Cəmilə Ağayeva bildirib ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişafın təmin olunması yeni çağırışlara uyğun düşüncə tərzi və fəaliyyət mexanizmləri tələb edir. Dövlətçilik ənənələrinin davamlılığı isə tarixi irsin qorunması ilə yanaşı, həmin irsin müasir dövrün tələbləri əsasında dərk edilməsindən, ictimai məsuliyyətin artırılmasından və gələcək hədəflərin ardıcıl şəkildə həyata keçirilməsindən asılıdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, müasir ideoloji fəaliyyət və informasiya təhlükəsizliyi Azərbaycanın yeni inkişaf mərhələsində strateji əhəmiyyət daşıyan istiqamətlərdəndir. Bu sahədə uğur faktlara əsaslanan ünsiyyətin, peşəkar yanaşmanın, ictimai iştirakçılığın və məsuliyyətli informasiya davranışının inkişaf etdirilməsi ilə sıx bağlıdır. Qarşıda duran vəzifələrin həyata keçirilməsi dövlətçilik düşüncəsinin möhkəmləndirilməsinə, cəmiyyətin məlumatlılığının artırılmasına və ölkənin uzunmüddətli inkişaf məqsədlərinin daha aydın dərk olunmasına xidmət edir.
YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini Rəna Əliyeva, fortepiano şöbəsinin müdiri Gültəkin Məmmədova və müəllimi Rəşidə İsgəndərova çıxış edərək bildiriblər ki, Qurultayda səsləndirilən fikirlər Yeni Azərbaycan Partiyasının müasir siyasi şəraitdə üzərinə düşən məsuliyyətin də yenidən dəyərləndirilməsini zəruri edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin qorunması, milli maraqların təşviqi və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi partiyanın fəaliyyətində mühüm yer tutur. Yeni dövrün çağırışları isə siyasi maarifləndirmənin, ictimai dialoqun və vətəndaşlarla birbaşa ünsiyyətin daha da inkişaf etdirilməsini tələb edir.
Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.