YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Qardaşxan Əhmədlinin qızı Nişanənin doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid  Qardaşxan Əhmədlinin qızı Nişanənin doğum günündə iştirak etmişlər
10 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər və şəhidin doğmaları şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlunun qızı Nişanənin 1 yaşının tamam olması münasibəti ilə “Elçin” şadlıq evində təşkil olunmuş doğum günü mərasimində iştirak etmişlər. Bu münasibətlə, YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, ailənin cari qayğıları ilə maraqlanmışlar. Vüqar Seyidov bildirmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir. Xatırladaq ki, balaca Nişanə şəhid Qardaşxan Əhmədlinin şəhadətindən sonra dünyaya gözlərini açmışdır.
Qeyd edək ki, şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.