Xocalı faciəsi – erməni vəhşiliyinin bariz nümunəsi

Xocalı faciəsi – erməni vəhşiliyinin bariz nümunəsi
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri
1992-ci il şaxtalı fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən “366-cı” motoatıcı alayının köməyi və iştirakı ilə Xocalı şəhərinə hücum edib onu viran edərək yüzlərlə köməksiz, günahsız insanları amansızcasına qətlə yetirdilər.
Qəlbiqara qonşularımız olan ermənilər Qarabağda möhkəmləndikcə tariximizə mədəniyyətimizə olan biganəliyimizdən istifadə etdilər. Gah aşikar, gah da xəlvət şəkildə maddi mədəniyyət abidələrimizi özününküləşdirmişdirlər. Lakin bütün bunlara baxmayaraq gündən-günə böyüyürdü Xocalı. Şəhər adlanırdı Xocalı. Ermənilərə göz dağı Qarabağın qeyrət qalası idi Xocalı. Amma Qarabağın faciəli günləri davam etməkdə idi. Kərkicahan dağıdıldı, Malıbəyli, Quşçular, Daşaltı, Meşəli ermənilər tərəfindən odlara qalanmışdı. Ölənlər və itkin düşənlərin sayı-hesabı artırdı. O, zaman Azərbaycan dövlətinin başında duranların tükü belə tərpənmədi onlar öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxuya düşüb heç bir tədbir görmək istəmirdilər.
Əgər dünya tarixində eramızın 455-ci ilində German vandai tayfaları Roma şəhərini işğal edib orada olan bütün maddi və mənəvi mədəniyyət abidələrini məhv edib “Vandalizimin” əsasını qoydularsa, 1942-ci ildə Alman-faşist işğalçıları Belarusiyanın “Xatın” kəndinin 19 evini və bütün kəndin əhalisini anbara salıb yandırıb məhv etmişdilərsə, bu german tayfalarının XX əsrdə törətmiş olduğu ən dəhşətli faciə idi. Ermənilərin törətdiyi Xocalı faciəsi isə insan əməllərinə uyğun gəlməyən faciədir. Bu faciəyə tarix nə ad verəcəyini hələ bilmir.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalı soyqırımının qurbanlarından biri də Xocalı adlı 2 yaşlı körpə idi. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu cinayətkar hərbi birləşmənin vəhşiliyi nəticəsində Xocalının 613 nəfəri şəhid edildi. 487 nəfər şikəst oldu. 1275 nəfər dinc əhalini güya xilas etmək məqsədi ilə vertolyotlara mindirib. Ermənistana aparıb, onların əksəriyyəti qadınlar, qocalar və uşaqlardır. Bu günahsız insanlar xilas olmaq əvəzinə vəhşi və azğın erməni həqarətinə məruz qaldılar. Xocalının 150 nəfər sakininin taleyi hələ də məlum deyil. Bu adamların qanı, ürək, böyrək və digər orqanları onlardan götürülərək öldürülmüşlər. Ona görə də ilonları gizli saxlamışlar.
Xocalıda şəhid edilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlardır. 76 nəfər yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Xocalıda 8 ailə evqarışıq yandırılıb məhv edilib. Xocalıda 25 uşaq hər iki valideyinini itirib. Xocalıda 130 nəfər uşaq valideynlərindən birini itirib. Xocalının 7 minlik əhalisinin yarısı məhv edilib. Bax, budur erməni vəhşilərinin törətdiyi cinayət. Sevindirici haldır ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həm Xocalı, həm də Qarabağın digər rayonlarında şəhid olmuş dinc əhalinin və şəhidlərimizin qanını aldı - haqq-ədalət qələbə çaldı.