ATƏT -in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi

Aynur Əsgərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Prezident cənab İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80 -cı sessiyasında tribunadan yalnız Azərbaycan Prezidenti kimi deyil, beynəlxalq hüququ təmin edən, ədalətin sonda zəfər çaldığını sübut edən lider kimi çıxış etdi. Çıxışı zamanı dediyi ilk sözlər bunu tam olaraq ifadə edir:"Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam.Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan , sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam."
Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan ordusu cəmi 44 gün ərzində torpaqlarımızda 30 ilə yaxın davam edən işğala son qoydu.Bu,BMT -nin icra edə bilmədiyi dörd qətnamənin və ədalətin Azərbaycan tərəfindən təmin edilməsi idi.
Cənab İlham Əliyev öz çıxışında bəşəriyyətin firavanlığı və tərəqqisi baxımında sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı.Prezidentimiz sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi.