İlham Əliyev dünyada rasional idarəçilik nümunəsi göstərir

İlham Əliyev dünyada rasional idarəçilik nümunəsi göstərir
Günel Süleymanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin müəllimi
Müstəqil Azərbaycan deyəndə Heydər Əliyev şəxsiyyəti göz önünə gəlir. Böyük öndər Heydər Əliyev xalqı böyük bir fəlakətin caynağından aldı. Xalqın qüdrətini və əzəmətini özünə qaytardı. Üçrəngli bayraq qarşısında bütün əzəməti ilə diz çökdü. Beləliklə, Azərbaycan ucaldı-ucaldı, səsi-sorağı bütün dünyaya yayıldı. İndi bu möhtəşəm “ali kursun“ davamçısı xalqının yollarına işıq saçan, nur ələyən İlham Əliyevdir. 20 il bundan əvvəl xalq tərəfindən etimad göstərilib seçilən İlham Əliyev and içdi ki, verdiyim vədlərə əməl edəcəyəm, Heydər Əliyev siyasətinin layiqli davamçısı olacağam.
Hər zaman Azərbaycan xalqına arxalanan, onun dəstəyinə güvənən bu layiqli övlad, əsl vətəndaş, diplomat, ölkə rəhbəri kimi insanların sevimlisinə çevrildi, uğur dalınca uğur gəldi. Ata vəsiyyətini yerinə yetirən xalqının igid oğlu Ali Baş Komandan İlham Əliyev 30 illik həsrətə son qoydu. İlham Əliyev dünyada rasional idarəçilik nümunəsi göstərir. Ölkədə sabitliyin qorunması müasir Azərbaycanımızın güclənməsi, ölkənin sosial-iqtisadi sahədə qazanılmış uğurları bizə əsas verir ki, “Ot kökü üstə bitər”, uğurları saydıqca bitməz.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi böyük bir qələbə ilə sona catdı. 300-dən cox şəhər, kənd işğaldan azad oldu, ərazi bütovlüyümüz bərpa oldu. Artıq həsrət çəkdiyimiz Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xankəndi düşmən tapdağından azad oldu. İlham Əliyev ölkəmizdə milli həmrəyliyi, milli birliyi dahada gücləndirdi. Budur, soydaşlarımız öz elinə, yurduna qayıdır. Bundan böyük sevinc, təntənə ola bilərmi ?! Bütün bunlar üçün prezidentimiz Ali Baş Komandana minnətdarıq!
Prezidentimiz söz vermişdi ki, gün gələcək biz Azərbaycan Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Çox kecmədi ki, prezidentimizin verdiyi son vədə əməl etdi. İndi xalqının qələbəsi, zəfər nidası bütün dünyaya səs salıb: Sözü və əməli bir olan Prezidentim İlham Əliyev, çox sağ olun. Sizinlə fəxr edirik, qürur duyuruq!!!!