Vətən müharibəsi şəhidi Elmir Orucov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Elmir Orucov anım günündə ehtiramla yad edilib

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Orucov Elmir Elyar oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri ilə birgə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanda şəhidin məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib.