Əminə Əliyeva
YAP Suraxanı rayon təşkilatının könüllüsü
Suraxanı rayonu, 84 nömrəli məktəbin müəllimi
Bildiyimiz kimi, 2020-ci ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Bu iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir. Göstərilən tarixdə keçirilən iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları öz növbəsində təbrik etmişdi. Ölkə başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında nitq söyləyərək bu tarixi gün münasibətiə bütün deputatları təbrik etdiyini bldirmişdi. Daha sonra iclasda müzakirəsi nəzərdə tutulmuş ən mühüm məsələlər üzərinə diqqəti yönəltmişdir.
Prezidentin qeyd etdiyi kimi, növbədənkənar seçkilərin keçirilməsində əsas məqsəd ölkə üzrə aparılan islahatları dəinləşdirərək, öz növbəsində Milli Məclisin də fəaliyyət mexanizmini daha da təkmilləşdirməkdən ibarətdir. Bu məsələ ilə bağlı Avropa İttifaqı da öz münasibətini bildirərək, seçkilərin keçirilməsi ilə əlaqəli bəyanat vermişdir. İlham Əliyevin qeyd etdiyi kimi, “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlementi ilə işləməyə hazır olduğunu bəyan etmişdir.” Bu bəyanat məhz Avropa İttifaqının da seçkiləri tanımasının mühüm göstəricisidir.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir və bu amil də öz növbəsində siyasi sistemi təkmilləşdirilməsinə xidmət edir. Həmçinin qeyd etmək lazımdır ki, müxalifət partiyalar da Milli Məclisin rəhbərliyində, eləcədə komitələrin rəhbərliyində təmsil olunur. Bu da, siyasi münasibətlərin sağlam gələcək inkişafı üçün çox önəmlidir.
Prezident həmçinin, bəzi xoşagəlməz halların qarşısının alınması məqsədilə ölkə ərazisində həm konseptual, həm də struktur xarakterli islahatların keçiriləcəyi məsələsini də ortaya qoymuşdur. Bu əsasda islahatların ciddi xarakter alaraq daha da dərinləşdirilməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibli Milli Məclisin islahatlara da yeni təkan verəcəyinə ümid bəsləndiyi bildirilmişdir.
Prezidentin çıxışında bildirildiyi kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşşəbüsləri edilərək, iqtisadi islahatlarıln dərinləşməsini təmin edən qanunların qəbulu zəruridir. Həmçinin milli dəyərlərimiz və onların qorunması məsələsində də qanunvericilik bazasının daha da təkmilləşdirilməsi nəzərə alınmalıdır. Nəzər yetirilən məsələlərdən biri də, Azərbaycanın sosial dövlət olması və bu sahədə atılan addımlarda da bu amilin nəzərə alınmasıdır. Qeyd edildiyi kimi, istər şəffafıqla bağlı gedən proseslər, istərsə də kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirirərək öz növbəsində vergi bazasınıda genişləndirir.
İclasda həmçinin, gənlər siyasətinə də toxunuldu. Bildirildi ki, ölkə əhalisinin mütləq əksəriyyətini gənclər təşkil edir. Ölkənin demoqrafik göstəriciləri də müsbətdir. Bütün bunlar nəzərə alınaraq, gənclərin asudə vaxtlarının təşkili işində, fəal işə cəlb edilmələri istiqamətində, eləcə də vətənpərvərlik ruhunda tərbiyə edilməsində əməli addımlar atılmalıdır. Gənlər milli ruhda tərbiyə almalı, kənar təsir altına düşməməlidirlər. Bunun göstəricisidir ki, Parlament seçkilərində gənclərin daha çox mandat alması nəzərdə tutulmuşdur.
Mühüm tövsiyələrdən biri də deputatlara edilərək, onların seçildikləri dairədə fəal olması, öz seçiciləri ilə daim təmasda olmaları qeyd edildi. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Məhz aparılan islahatların da qayəsində bu məsələ dayanır. Həmçinin vurğulandı ki, iqtisadi sahə də görülən işlərlə bağlı Milli Məclisin rolu artırılmalı, hazırlanan qanunlarda advekat və dəyişən reallıqlar nəzərə alınmalıdır.
Parlamentin rolunun əhəmiyyət kəsb etdiyi sahələrdən biri də, dünyəvilik prinsipini nəzərə alaraq, radikalizmə qarşı mübarizə aparmaq təşşəbbüsünü ələ almağıdır. Bizim, ölkə olaraq qazandığımız naliyyətlərdən biri, siyasi sabitliyimizidir. Məhz sabitlik, təhlükəsizlik kimi amillər dayanıqlı inkişafın ən mühüm göstəricisidir. Buna görə də bütün vətəndaşlar, siyasi sabitliyin qorunmasında fəal iştirak etməlidirlər.
İclasda müzakirə edilən məsələlərdən biri də, perspektiv əməkdaşlığın istiqamətini müəyyən edən addımların müəyənləşdirilməsi oldu. Türkdilli dövlətlərlə əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətlidir və Azərbayacan bu istiqamətdə önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqı ilə də əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrin üçdə biri ilə, yəni bu ittifaqa daxil olan 9 ölkə ilə strateji tərəfdaşdır. Həmçinin, müsəlman aləmində də öz nüfuzu olan ölkəmizin, qonşu dövlətlərlə sağlam, işgüzar, dostluq əsasında qurulmuş münasibətləri mövcuddur. İslahatların səmərəliyi naminə, siyasi dialoq mühitinin dərinləşməsi də nəzərə alınan məsələlərdən olmalıdır.
Beləliklə, VI çağırış ölkə tarixində mühüm iclaslardan biri olaraq ölkənin siyasi, sosial, iqtisadi həyatının təkmilləşdirilməsi sahəsində aldığı vacib qərarları ilə yadda qalaraq önəmli rola malik olmuşdur.