“Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir
05 noyabr 2025-ci il tarixində 263 saylı körpələr evi uşaq bağçasında 8 noyabr-Zəfər gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir. Tədbirdə 13, 14, 126, 203 və 263 saylı körpələr evi uşaq bağçalarının müdirləri və YAP üzvləri iştirak etmişlər.
Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, Ali Baş Komandanın uzaqgörən, uğurlu daxili və xarici siyasətinin, xalq-iqtidar birliyinin hesabına əldə olunan Zəfərimizin daimi olması üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməməlidir. Bu yolda hər birimiz dövlətimizin müsəlləh əsgəri olmağa hazır olmalıyıq.
Tədbir körpə fidanların hazırladığı kompazisiyalar ilə davam etdirildi.
Sonda tədbir iştirakçıları xatirə foto şəkli çəkdirdilər.