Şəhid Elnur Şahbazovun doğum günü ehtiramla yad edilib

Şəhid Elnur Şahbazovun doğum günü ehtiramla yad edilib
44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Şahbazov Elnur Qədir oğlunun bu gün 24 yaşı tamam olur. Bu münasibətlə avqustun 20-də Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidimizin məzarı ziyarət edilmiş, qəbri üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseyn, Yeni Suraxanı bələdiyyəsinin sədri Həqiqət Məmmədova, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və şəhidin doğmaları iştirak etmişlər.
YAP Suraxanı rayon təşkilatının müavini Salman Əbdülov bildirdi ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Şəhidlərimizin doğum və anım günləri müdrik xalqımızın qürur tarixidir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.