“Üçrəngli bayrağım- qürur mənbəyim” adlı tədbir keçirilmişdir

“Üçrəngli bayrağım- qürur mənbəyim” adlı  tədbir keçirilmişdir

7 noyabr 2025-ci il tarixində Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbdə 9 Noyabr- Bayraq Gününə həsr olunmuş “Üçrəngli bayrağım- qürur mənbəyim” adlı tədbir keçirilmişdir. Tədbirdə 285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva, Suraxanı RİH-nin şöbə müdiri Sevinc Ağayeva, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, məktəbin adını daşıdığı I Qarabağ müharibəsi Şəhidi Bünyadəli Qulam oğlu Pələngovun həyat yoldaşı Qətibə Pələngova, II Qarabağ müharibəsi Şəhidi Əlizadə İslam Dursun oğlunun anası Mehbarə Əliyeva, digər şəxslər iştirak etmişlər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir 285 nömrəli tam orta məktəbin yetirmələrinin ifasında vətənpərvər ruhda şer, rəqs və mahnı kompazisiyalarının təqdim olunması ilə davam etmişdir. 

Çıxış edən natiqlər bildirdilər ki, Dövlət Bayrağı müstəqil Azərbaycanın səsidir, nəfəsidir. Xüsusilə, vurğulanmışdır ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizə nəticəsində bayrağımızın işğaldan azad edilmiş torpaqlarda yenidən dalğalanması, onun təkcə rəsmi atribut deyil, həm də qürur və qələbə rəmzi olduğunu təsdiq etmişdir.

Sonda tədbir iştirakçıları xatirə foto şəkli çəkdirdilər.