Ucalan Bayraq – Qürur və Birlik Nişanəsidir

Ucalan Bayraq – Qürur və Birlik Nişanəsidir

Günay Camalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin müəllimi

Ümummilli lider Heydər Əliyev: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir."

Hamımıza məlumdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün əlindən gələni etdi. Güclü, qüdrətli dövlət quraraq onu gələcək nəsillər üçün əmanət qoyub getdi. Göstərdi ki, müstəqillik Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət daimidir, dönməzdir, əbədidir. Onu qorumaq isə zaman - zaman dünyaya gələcək yeni - yeni nəsillərin müqəddəs borcudur.

Azərbaycan xalqı üçün 9 noyabr tarixi sadə bir gün deyil – qürur, müstəqillik və vətən sevgisinin təntənəsidir. Hər il bu tarixdə ölkəmizin hər yerində Dövlət Bayrağı Günü böyük sevinc və iftixar hissi ilə qeyd olunur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq, xalqımızın milli azadlıq ideallarının simvoluna çevrildi. O gündən etibarən bu bayraq azərbaycanlıların qəlbində azadlıq, dövlətçilik və milli birlik rəmzi kimi yaşayır. Dövlət Bayrağı yalnız bir rəmz deyil, həm də xalqın birliyini, dövlətə və dövlətçiliyə sədaqətini ifadə edən simvoldur. Bayrağımızın dalğalanması, xüsusilə azad Qarabağ torpaqlarında, milli həmrəyliyimizin və dövlətimizin gücünün göstəricisidir. Bu bayraq uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi qarşısında xalqımız dərin ehtiram göstərir. Onların qəhrəmanlığı nəticəsində Azərbaycan bayrağı həm tarixdə, həm də müasir dövrdə xalqımızın qürur və birliyinin simvolu kimi dalğalanır.

İlham Əliyev: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir.Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan

Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli -mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. "

2020-ci ilin tarixi 44 günlük Vətən müharibəsi xalqımızın şanlı qəhrəmanlığını göstərdi. Bu gün üçrəngli bayrağımız

Şuşada, Xankəndidə, Füzulidə, Laçında,  Qubadlıda və digər doğma torpaqlarımızda qürurla dalğalanır. Bu bayrağın hər rəngi, hər dalğası şəhidlərimizin qanı ilə yoğrulub. Onlar Vətən uğrunda canlarını fəda etdilər ki, bu gün biz azad səma altında üçrəngli bayrağımıza baxıb qürur duyaq.

Bayrağımız – sabaha inamımızdır. Dövlət Bayrağı təkcə keçmişimizin deyil, həm də gələcəyimizin simvoludur. Bu bayraq dalğalandıqca Azərbaycan da yaşayacaq, inkişaf edəcək, ucalacaq! Dövlət Bayrağı hər bir azərbaycanlı üçün milli qürur, dövlətçiliyin və azadlığın simvoludur. 9 noyabr tarixi hər il ölkəmizin hər yerində dövlət rəmzlərinə hörmətin, milli həmrəyliyin və vətənpərvərliyin nümayiş etdirildiyi gün olaraq qeyd olunur.

Bu gün hər bir azərbaycanlının borcudur ki, üçrəngli bayrağımızı sevsin, qorusun və onu daha da ucalarda dalğalandırsın.

Yaşasın Azərbaycan!

Yaşasın qəhrəman xalqımız!

Yaşasın üçrəngli, ay-ulduzlu bayrağımız!