Suraxanı rayonunda “Böyük Zəfər” adlı tədbir keçirilmişdir
7 noyabr 2025-ci il tarixində Suraxanı rayonu 140 saylı tam orta məktəbdə “8 noyabr-Zəfər günü” ilə əlaqədar “Böyük Zəfər” adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru Məcid Rəsulov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir 140 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompazisiyalar ilə davam etdirildi.
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru Məcid Rəsulov çıxış edərək qeyd etdi ki, Şanlı Zəfərin necə çətinliklə qazanıldığı haqqında məktəblilərə məlumat verdi. Zəfərimiz bizlərə əmanətdir, bu əmanəti qorumaq isə siz məktəblilərin üzərinə düşən vəzifədir. Sizlər dövlətə, vətənə layiqli, savadlı gənclər kimi yetişməlisiniz.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək bildirdi ki, Zəfər günü bizlərə milli qürurumuzu qaytardı. Şəhidlərimizin qanı bahasına əldə olunan Zəfərimizin daimi olması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Arzu edək ki, Azərbaycanımızın təqvimində yalnız bayram günləri yazılsın. Bu cür qələbələrin ardını isə sülh yolu ilə əldə edək. Qələbələr, Zəfərlər sənə çox yaraşır-Azərbaycan!