Ulu Öndər Heydər Əliyev: "Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir."

Ulu Öndər Heydər Əliyev: "Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir."

Fərəh Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 141 N-li tam orta məktəbin direktoru

“Mən həmişə fəxr etmişəm ki,mən azərbaycanlıyam!” ifadəsi ilə bir millətin tarixinə, mənəvi birliyinə möhür vurmuş dahi lider Heydər Əliyev hər bir vətəndaşın fikrinə mayak oldu. “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik, Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var.Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik. Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır” sözləri ilə Heydər Əliyev müstəqilliyimizin bərpasından sonra qarışıq düşüncələrə, tərəddüdlü meyillərə aydınlıq gətirdi.

Tarixdə sübut olumuş faktlar var ki, iqtisadi, siyasi çətinliklər səbəbindən vətəndaşlar öz ölkələrindən köçməyə məcbur olur, xoş günlər ümidi ilə xaricə üz tuturlar. Həmin qarışıq dönəmdə tanrının hədiyyəsi olan Ulu Öndər müxtəlif vaxtlarda xalqa müraciətində dəfələrlə tarix dərsi vermişdir: “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var. Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır. Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.

“Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik, əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır”. Dahi lider hər çıxışında milləti xalqı birliyə səsləmiş, şəxsi mnafeləri ümumilli məqsədlərə yönəltməyi bacarmışdır. Müstəqilliyin heç də asan qazanılmadığını, mənfur qüvvələrin hər an azadlığımıza xələl gətirəcəyini unutmamağı tövsiyə edən Heydər Əliyev xalqımızın hər bir nümayəndəsinin missiyasını müəyyənləşdirmişdi.

“Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır.” Eyni zamanda xainlərə ,satqınlara bu Vətəndə yer olmadığını da vurğulamış dahi lider ağır zamanlarda düşmənə qarşı birləşməyin vacibliyini də həmişə öz çıxışlarında vurğulayırdı.

 “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”. Ömür vəfa etməsə də elə bir varis, millətin ruhunda elə miras qoymuşdur ki, arzuladığı bu birlik 44 gün ərzində düşmənin belini qırdı.Buna təsadüf deyilməz , bu tale və qədərin işi deyildi ki, Qarabağın azad edilməsi “Dəmir yumruq” əməliyyatı ilə gerçəkləşdi. Ulu Öndərin özündən sonra müqəddəs saylan prinsiplərini Ali Baş Komandan İlham Əliyev davam etdirirdi.Bu torpaqda əlimizin beş barmağı kimi etnik müxtəlifliyi olan xalqlar yaşayır, amma  mövzu Vətənsə dəmir yumruğa çevrildik,ərazi bütövlüyümüzü bərpa etdik.

Dahi liderin Azərbaycançılıq məfkurəsi yalnız Vətənə sədaqət, torpağa bağlılıq ilə bitmirdi. Bütün ruhu ilə millətinin mənəvi dəyərlərinə bələd idi, hər kəsi min illərin mirası olan bu dəyərələrə sadiq olmağa çağırırdı. “Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran yaratdığı mənəvi dəyərlər olmuşdur. Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir. Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir.”

Müxtəlif dinlərin nümayəndələrinin sərbəst, yanaşı yaşaması, öz milli adət-ənənələrimizin olduğu kimi gənc nəslə çatdırımasına həmişə xüsusi diqqət ayırmış Heydər Əliyev hər bir vətəndaşa onun başa düşəcəyi tərzdə fikirlərini çatdırırdı.

Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqində Ulu Öndər demişdir: ” Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.”

Dahi lider dünya miqyasında toplantılarda çıxışlar edərkən tolerantlıq prinsiplərinin sözdə deyil, əməldə gerçəkləşdirildiyini sübut edirdi. 2002-ci il oktyabrın 10-da “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edən Ümumilli lider “Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır.” fikirlərini səsləndirmişdi.

Varlığı ilə Azərbaycan valqını zirvələrə qaldırmış dahi liderimiz nə yaxşı ki,bizim ömür payımızda sənin dövrünü yaşamaq vardı,Ulu öndər sən həmişə azərbaycanlı olmağınla, biz həmişə səninlə fəxr edirik!Ruhun şad olsun!