Ulu Öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalandı və bu da bizim dövlətin daha da inkişafı üçün gələcəyə bir mayak oldu

Ulu Öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalandı və bu da bizim dövlətin daha da inkişafı üçün gələcəyə bir mayak oldu
Cəmilə Ağayeva
Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri 
Azərbaycan dövləti hər zaman öz təbii sərvətləri ilə dünyada tanınıb. Təsadüfi deyil ki, bir çox ölkələrin, Azərbaycan, hər zaman maraq dairəsində olub. Zaman- zaman ağ qızıl deyilən pambıq, qara qızıl deyilən neft, təbii sərvət olan qaz və s, bütün bunların tanıtımı əvvəl Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev cənabları tərəfindən, indi isə onun siyasi varisi İlham Əliyev cənabları tərəfindən yüksək səviyyədə sərgilərdə nümayiş olunub və olunur. Hələ keçən əsrdə, 1994 cü ildə "Xəzər neft - qaz sərgisi " Azərbaycan iqtisadiyyatının necə güclü olmasını dünya dövlətlərinə sübut etdi. Belə ki, elə həmin ildə dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalandı və bu da bizim dövlətin daha da inkişafı üçün gələcəyə bir mayak oldu.
Baxmayaraq ki, Birinci Qarabağ müharibəsi yenicə səngimişdi, müstəqilliyimizin kövrək addımlarında idik, lakin bir xalq və dövlət olaraq, Ulu Öndərin güclü siyasəti nəticəsində özümüzü dünya çapında iqtisadi uğurlarımızla, siyasətimizlə sübut edə bildik və ayağa qalxdıq. Bu gün bizə keçmişdə bir dövlət kimi 50 faiz inananlar, indi artıq 100 faiz inanıb, gələcəyimizə ümid bəsləyirlər! Çünki yenilməz sərkərdəmiz, dövlətimizin başçısı İlham Əliyev cənabları öz daxili və xarici siyasəti ilə güclü iqtisadi bacarıqları ilə ölkəni ancaq irəli aparır!
Bu gün ölkəmizin enerji təhlükəsizliyi də onun üçün birinci plandadır. Dövlətimizin beynəlxalq nüfuzunu artıran önəmli amillərdən biri də Avropa İttifaqı liderləri tərəfindən Azərbaycanın etibarlı tərəfdaş və ümumAvropa qaz təchizatçısı adlandırılmağıdır! Yazımın bu yerində illər öncə İlham Əliyev cənabları hakimiyyətə gələndə bir gənc olaraq ürəkdən dediyimiz şuar yadıma düşdü. İlhamla irəli!!!