AQEM çərçivəsində nəqliyyat, bağlantılar və rəqəmsallaşma sahələrində əməkdaşlığın təşviqi
Mətanət Qarayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın AQEM-ə iki il ərzində sədrlik etməsi təşkilatın institusional imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bildirdiyinə görə, bu müddətdə təşkilatın gücləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın təşviqi prioritet istiqamətlər olub.
Qloballaşan dünyada regional təşkilatların əhəmiyyəti dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və ortaq təhlükəsizlik çağırışlarının müzakirəsi baxımından getdikcə artır. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və çoxşaxəli xarici siyasəti ilə bu proseslərdə mühüm rol oynayır.
Dövlət başçısı Azərbaycanın coğrafi mövqeyinin ölkəyə Avrasiya məkanında birləşdirici mərkəz kimi çıxış etmək imkanı verdiyini vurğulayıb. Ölkənin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda qarşılıqlı asılılığın və etimadın güclənməsinə xidmət edir. Bu baxımdan, Azərbaycanın xarici siyasətində bərabərhüquqluluq, daxili işlərə qarışmama, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri regional əməkdaşlığın əsasları kimi çıxış edir.
Bu sahələrdə birgə təşəbbüslərin inkişafı AQEM-in praktiki əməkdaşlıq platforması kimi rolunu gücləndirə bilər.