Uğurlu Azərbaycanın gələcəyinə dayaq olan İlham Heydər oğlu Əliyev

Uğurlu Azərbaycanın gələcəyinə dayaq olan İlham Heydər oğlu Əliyev

Aytən Talıbova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 276 saylı uşaq bağçası və körpələr evinin müdiri

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim”.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhər anadan olub.2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Təhsil aldığı dövlərdən, prezidentlik dövrünə qədər ki, müddətdə bir çox uğurlar əldə edən, elmi adlar, ordenlər alan İlham Əliyev bu günə kimi xalqı üçün çalışmış və onların rahatlığı üçün əlindən gələni etmişdir.

2008-ci ildə 88,73 faiz səs qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqına müstəsna xidmətini görən Azərbaycan vətəndaşları 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkiləri zamanı yenidən İlham Əliyevi Azərbaycan Respublikasının prezidenti seçdilər.

Prezident İlham Əliyev hər dəfə hər bir Azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. Bu  gün Prezident İlham Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün etdikləri danılmazdır! Onun əziyyətləri, uğurlu siyasəti, xalqına olan sevgisi dastanlara belə sığmaz. Cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmişdir. O, Ümumilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirmiş, keçirir və inanıram ki, gələcəkdə də daha çox uğurlu siyasət həyata keçirəcəkdir.

Azərbaycan müstəqil dövlət olaraq dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Hər dövlət dünya tarixinda tutduğu yerə görə öz liderlərinə borcludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidməti onu Liderə çevirib. O, öz xalqına başucalığı gətirən, ölkəsini qələbədən-qələbəyə aparan, ata vəsiyyətini layiqincə yerinə yetirən, 30 il düşmən tapdağı altında olan torpaqlarını iradə ilə geri qaytaran Müzəffər Prezidentdir.

Prezident İlham Əliyevin ölkəmizdə keçirdiyi siyasətlər,islahatlar və strukturlar nəticəsində daxili siyasətimiz güclənmişdir. Mədəniyyətlərarası dialoq Prezident İlham Əliyevin mədəniyyət sahəsində prioritet sahələrdən biri olmuşdur.

Elmi sahədə də uğurlu siyasətlər aparan möhtərəm Prezidentimiz 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Dörd il sonra Azərbaycan elmində Dövlət Komissiyasının yaradılması haqqında başqa bir sərəncam imzaladı.Elmin inkişafında bir çox nailiyyətlər əldə edən,sərəncamlar imzalayan Prezident İlham Əliyev 9 aprel 2018-ci il də Azərbaycan Respublikasında ”Elm günü”nün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. O, ölkəmizin müxtəlif bölgələrində yeni məktəblər və uşaq bağçaları inşa etdirmişdir. Savadlı nəsil yetişdirmək üçün savadlı kadrlar ordusu yaratmışdır.Bu gün müəllimlərin dərs keçə bilməsi üçün təhsil idarələrində istifadə edilə bilən bütün resursları,bütün şəraitlərin yaradılmasını təmin etmişdir.

Bununla yetinməyən Prezident İlham Əliyev 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. Prezident İlham Əliyev səhiyyə sahəsində apardığı işlər içində bir çox xəstəliyi olan vətəndaşların,uşaqların dövlət qayğısına alınması haqqında qanunlar imzalamışdır.Prezidentimiz İcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncam imzalamışdır.

2020-ci ildə dünyada yayılan “Covid-19” virusu zamanı ciddi tədbirlər görən cənab Prezident İlham Əliyev yeni Modul tipli xəstəxana inşa etdirmiş,xüsusi avadanlıqlar və vaksinlər getizdirmiş,xalqını bu infeksiyadan qorumağa nail olmuşdur.

Prezident İlham Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycanın ümumi daxili məhsulu 5 dəfədən çox artmışdır.Dünya bankının statistikalarına əsasən İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycanın ÜDM-i 7,276 milyard ABŞ dolları idisə,2016-cı ildə bu göstərici 37,848 milyard ABŞ dolları olmuşdur. O, 2007-ci ildə Azərbaycan Respublikasında Xüsusi İqtisadi Zonaların yaradılması haqqında fərman imzalamışdır. Prezident İlham Əliyev daha sonra “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzaladı.Bu kimi fərmanlar imzalayan Prezident İlham Əliyev ixracın şaxələndirilməsini milli iqtisadiyyat üçün gələcəkdə əsas prioritet kimi müəyyən etdi.

Humanitar sahələr üzrə atdığı addımların, etdiyi yardımların rezident İlham Əliyevin qonşu ölkələrlə dostluğunun və qardaşlığının başlıca nişanəsidir. Ümumiyyətlə istər daxili,istərsə də xarici siyasətdə addığı addımların uğurla nəticələnməsi möhtərəm Prezident İlham Əliyevin qəlbining gözəlliyinin,savadının,iradəli və səbrli olmasının və ən əsası sülh tərəfdaşı olmasının sübutudur.Prezident İlham Əliyev öz iradəsi,düzgün istiqaməti və Müzəffər Milli ordusu ilə düşmənlərinə qalib gəldi. II Qarabağ müharibəsində torpaqlarımızı qaytardı.

Bütün dünyaya sübut etdiki, Qarabağ Azərbaycandır.Bu gün Azərbaycan onun rəhbərliyi ilə uca zirvələri fəth edir. Ölkəmizdə apardığı abadlıq işləri,yeni açdığı müəssisələri,uşağından tutmuş,yaşlı nəslin nümayəndələrinə olan fədakarlığı,qayğısı Prezident İlham Əliyevin ölkəsinə və xalqına olan sevgisinin nümunəsidir.Biz bəxtəvər xalqıq ki, İlham Əliyev cənabları kimi möhtərəm Prezidentimiz var.O,adı kimi xalqının rahat və daim müstəqil yaşaması üçün ilham nurlarını saçır. Bzdə bir olub, dəmir yumruq olub,Prezidentimizə inanmalı, hər daim onun yanında olmalıyıq.