Azərbaycanın AQEM çərçivəsində təşəbbüsləri

Azərbaycanın AQEM çərçivəsində təşəbbüsləri
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

Azərbaycanın AQEM çərçivəsində təşəbbüsləri Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi ölkəmizin əsas prioritetləri sırasında olmuşdur. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər təşkilat daxilində dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Bakıda keçirilən Zirvə Görüşü Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının, çoxtərəfli əməkdaşlığa verdiyi önəmin və regional təhlükəsizliyin təmin edilməsində oynadığı rolun göstəricisidir. Nəticə Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müstəqil siyasətini, tarixi Zəfərini, milli maraqlarını qətiyyətlə müdafiə etmək əzmini və sülhə sadiqliyini bir daha nümayiş etdirmişdir. Bu çıxışın əsas mesajlarından biri beynəlxalq hüququn aliliyinin qorunması, dövlətlərin suverenliyinə hörmət edilməsi və münaqişələrin ədalətli həlli üçün vahid prinsiplərin tətbiqinin vacibliyidir.

Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və ordumuzun qəhrəmanlığı Zəfərimizin əsas amilləri olmuşdur. Qələbədən sonra sülhə doğru Dövlət başçısı çıxışında Azərbaycanın müharibədən sonra intiqamçılıq yolunu seçmədiyini, əksinə, Ermənistanla sülh münasibətlərinin qurulmasını təklif etdiyini bildirmişdir. Bu mövqe Azərbaycan xalqının mənəvi dəyərlərini, humanist yanaşmasını və gələcəyə yönəlmiş siyasi iradəsini nümayiş etdirir. Sülhün qorunması və möhkəmləndirilməsi regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Davamlı sülhün təmin edilməsi dövlətlər arasında etimadın artırılmasına, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat-kommunikasiya xətlərinin inkişafına və xalqların rifahının yüksəlməsinə imkan yarada bilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda sabitlik beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və dövlətlərin suverenliyinin tanınması əsasında möhkəmlənməlidir. Azərbaycan bu gün yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi deyil, həm də Şərqlə Qərb arasında mühüm körpü, regional əməkdaşlığın təşəbbüskarı və beynəlxalq dialoqun fəal iştirakçısı kimi çıxış edir.

Ölkəmizin qarşıya qoyduğu əsas məqsədlərdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaq, regionda davamlı sülhü möhkəmləndirmək və gələcək nəsillərə təhlükəsiz, sabit və inkişaf edən Azərbaycan miras qoymaqdır.

 

 

Paylaş