Torpaqlarımıza dəyən ziyan milyonlarla hesablanır

Torpaqlarımıza dəyən ziyan milyonlarla hesablanır

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev yanvarın 19 – da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “ Avrasiya Orta Dəhlizi : Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Prezident İlham Əliyev ölkələrarası əməkdaşlığın üstünlükləri bərədə, yaxşı münasibətlərin olduğunu bir daha qeyd edib. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malik olduğunu dilə gətirib. Bu dostluq münasibətləri onu göstərir ki,  Qərb- Şərq  arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılmışdır.

Prezident çıxışında nəqliyyatla bağlı fikirlərə də yer verib. İndi Azərbaycan daha çox yük qəbul etməyə hazırdır. Dəniz limanı vasitəsi ilə 15 milyon ton yük qəbula hazırdır.  Gələcəkdə yükdaşımaları 25 milyon tona qədər artıracağıq. İlham Əliyev bir daha öz çıxışında bu məsələlərin vacib olduğunu qeyd edib. Ölkə Prezidenti həmçinin əlavə edib ki, neft tranzitinin Türkmənistan və Qazaxıstan dəhlizi vasitəsi ilə nəql etməyə başlamışıq.

Mərkəzi Asiya, Qafqaz və  Avropa arasında da, sıx əməkdaşlıq aparılmışdır. Hər halda Azərbaycan yeni-yeni uğurlara imza atır. Bu günkü reallıqlar onu göstərir ki, tranzit ölkəsi kimi, biz hər sahədə uğur əldə etmişik. Buda  ilbəil iş yerlərinin açılması deməkdir. Biznes mühitinin təkmilləşdirilməsi, uğurun esas amillərdən biridir. Qonşulararası münasibətlər Azərbaycan, Türkiyə, Qazaxıstan dostluğunun davamıdır.

2021- ci ildə Avropa bazarına qaz ixracımız  təqribən 8 milyard kubmetrdən çox idi. 2027 – ci ilə qədər bu qaz təchizatı iki dəfə artırılacaq.  Yaşıl enerji ilə bağlı potensialımız da çox böyükdür.  Xəzər dənizinin külək potensialı 157 geqabatdır. Əfsuslar olsun ki, Ermənistan 3 tərəfli görüşdən imtina edib. Çünki onlar başa düşmək istəməsələr də bizim nailiyyətlərimizi məcburən qəbul etməlidirlər. Onlar buna hazır deyil. 

Ermənistanın sülh danışıqlarından imtina etməsi yalnız Azərbaycan üçün deyil, bütün region üçün potensial riskdir. Çünki, 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik sərhədlərin toxunlmamazlığı sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Həmişə olduğu kimi Ermənistan  düşmənçilik mövqeyində çıxış edir. Bunun sübutu 44 günlük müharibə oldu. Torpaqlarımıza dəyən ziyan milyonlarla hesablanır. Milli sərvətlərimiz qızılımız, enerjimiz, içməli suyumuz eləcə də ekologiyamızın zəhərlənməsi insan itkiləri buna sübutdur Dövlət başçısı qeyd etdi ki, biz Ermənistanı Avropa məhkəməsinə cəlb etmişik. Gürcüstan yaxın qonşu olaraq bizə, neytiral münasibət göstərmişdir. 

Türkiyə isə qardaş ölkə olaraq sülhün tərəfdarı olmuşdur. Sərhədlərimiz öz gücümüz sayəsində bərqərar oldu. Regionlar arası münasibətlər sülhün, dostluğun və əməkdaşlığın tərəqqi simvolu ola bilər. Azərbaycan regiona sülh və əməkdaşlıq gətirməyi vəd edir.