Şəhid Davud Məmmədli doğum günündə ehtiramla yad edilib

03 oktyabr şəhid Məmmədli Davud Fuad oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər, şəhid ailə üzvləri şəhidin Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.