Şuşa Bəyannaməsi ölkələrimizin iqtisadiyyatına müsbət təsir edəcəkdir
Pərviz Rəhimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Suraxanı OYl Əməliyyat Şirkəti" nin mühəndis-ekoloqu
Təbii ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz qüdrətlidir, məğlubedilməzdir, bütün təhdidləri dəf etmək imkanına malikdir. Lakin bizə qarşı bundan sonra ola biləcək hər hansı təhlükə Şuşa Bəyannaməsinə əsasən həm də Türkiyə Cümhuriyyətinə qarşı təhlükə sayılacaq. Qeyd edək ki, Şuşa Bəyannaməsinin ölkələrimizin iqtisadiyyatına da çox böyük müsbət təsiri olacaq. Belə ki, bəyannamədə qeyd edildiyi kimi iqtisadi-ticari münasibətlərin, ixracın şaxələnməsi, prespektiv sahələrdə birgə istehsalın yaradılması, investisiya şəraitinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin aparılması, məhsulların sərbəst hərəkətinin təşkili istiqamətində tədbirlərin görülməsi iqtisadi artım dinamikasına güclü təkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında dəhlizlərin (Zəngəzur dəhlizi) və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi qlobal səviyyədə nəqliyyat - kommunikasiya əlaqələrinin əsas amilləri kimi çıxış edəcəkdir. Bəyannamənin əsası kimi qeyd etmək istərdim ki, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək, iki qardaş ölkə arasındakı stareteji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaranacaqdır.