Suraxanı rayonunda “Qanlı Mart Soyqırımı” adlı dəyirmi masa təşkil olunmuşdur
31 mart 2026-cı il tarixdə Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbdə “31 mart – Azərbaycanlıların Soyqırımı Günü”nün 108-ci ildönümünə həsr olunmuş Zığ Bələdiyyəsinin və 317 nömrəli tam orta məktəbinin birgə təqdimatında “Qanlı Mart Soyqırımı” adlı dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, Zığ Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Aslanova, Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ QİƏD üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Rəşad Mürşüdov, 317 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Leyla Əliyeva, Şəhid atası Fizuli İsmayılov və digər şəxslər iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin, Soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan 317 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva bildirdi ki, 1918-ci ilin yazında Bakıda və Şamaxıdakı qanlı soyqırımlardan sonra bolşevik-daşnak qüvvələri Quba qəzasında qətliamlar törətdilər. 1918-ci ildə ermənilərin bu ərazilərdə törətdiyi soyqırım cinayətlərinin ən bariz nümunəsi bugünki Quba məzarlığıdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətləri cavabsız qalmamış və müdrik xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında öz qisasını almışdır. Ənvər Haqverdiyev onu da vurğulamışdır ki, bu soyqırıma ilk dəfə hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycan xalqına qarşı törədilən heç bir cinayətə laqeyd qalmayan Ümummilli Lider 1998-ci il 26 mart fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırım Günü” elan edilmişdir.
Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova öz çıxışında dedi ki, erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ QİƏD üzrə nümayəndəsi Rəşad Mürşüdov çıxış edərək yeniyetmələri Vətənin müdafiəsində, əldə olunmuş uğurlarında qorunmasında davamlı və dayanıqlı mübarizə aparmağa səslədi.
Şəhid atası Fizuli İsmayılov çıxış edərək dedi ki, şəhidlər öləndə deyil, unudulanda yox olurlar. Ona görə də xalqımızın başına gətirilmiş heç bir faciəni, heç bir şəhidi unutmaq olmaz.
Sonda məktəblilər çıxış edərək bildirdilər ki, baş verən hadisələri heç vaxt unudulmayacaqlar və bu qanlı səhifələr tariximizin yaddaşında daim yaşayacaq.