YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
29 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Bülbülə qəsəbəsi, Şərq küçəsi 4 ünvanında yerləşən 140 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri, məktəbin direktoru Sevinc Hacızadə iştirakçıları salamladıqdan sonra qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən qərarlar və Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkənin növbəti onilliklər üçün strateji yol xəritəsini formalaşdırmışdır. Bu qurultayda ortaya qoyulan əsaslı yanaşma Azərbaycanın daxili, xarici, hərbi və iqtisadi siyasətində köklü və konseptual dəyişiklikləri özündə ehtiva edir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev geniş nitqlə çıxış edərək bildirib ki, dövlət başçısı Azərbaycanın öz təhlükəsizliyini heç bir xarici qüvvədən asılı olmadan, sırf daxili imkanları hesabına təmin etdiyini bəyan edib. Hərbi büdcəyə rekord vəsaitlərin (9 milyard manat) ayrılması da bunun əyani sübutudur.
Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Paylaş