SPECA proqramında əsas rol oynayan ölkələrdən biri də Azərbaycandır
Gülşən İsmayılzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan, Əfqanıstan, Qırğıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın üzvlük etdiyi bu iqtisadi layihə BMT-nin Avropa iqtisadi Komissyası Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissyanın dəstəyi ilə fəaliyyətini davam etdirir. Subregional dövlətlərin birgə iqtisadi kooperasiyası Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiya üçün çalışır. Bu geniş miqyaslı lahiyədə hər bir üzv dövlətin regionunda iqtisadi aktivlik, potensialdan məhsuldar istifadə, yeni statistik metodların inkişafı və dövlətlərin sənaye infrastrukturunun müasirləşdirilməsi yer alır. SPECA proqramına üzv olan və xarici bazara çıxmaq üçün lazımi texnologiayalara sahib olmayan dövlətlərin məhsuldarlığını artırmaq üçün çoxtərəfli donorlar tərəfindən yardım edilməsi layihənin əsas məqsədlərindən biridir.
Noyabrın 24-də paytaxtımız Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə bir sıra ölkələrin dövlət və hökümət başçıları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
SPECA-ya üzv dövlətlər təşkilatın fəaliyyəti illərində öz dövlət suverinliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib və iqtisadi cəhətdən sürətlə inkişaf ediblər. Üzv dövlətlərin daha bir amil-siyasi sabitlik amili birləşdirir. Sabitlik olmadan isə heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Ölkə başcısı öz çıxışında BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını bildirdi və qeyd etdi ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib və Azərbaycan Etimad Fonduna 3.5 millyon ABŞ dolları ayıracaq.
Bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsirlik tarixi və mədəni əlaqələr bağlıyır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5.5 faizə düşüb. Bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. SPECA-nın zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, ”Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ayağa xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır”. Bildirib ki, Azərbaycanın müstəqllik qazandığı ilk illərdə ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir millyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq olduğundan otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. 2019-cu ildə Ermənistanın baş nazirnin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.
Nəhayət ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı.Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özü təmin etdi. Daha sonra Ermənistanın növbəti provokasiyalarına cavab olaraq və Qarabağ ərazisində qalmaqda olan “boz zona” ya son qoyulması məqsədilə 2023-cü il sentyabr 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində işğal altında qalmaqda olan bütün ərazilər üzərində Azərbaycanın suverenliyi tam bərpa edildi və Azərbaycan ərazində təcavüzkar separatizmə son qoyuldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bu ili avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi-Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaqdır. Sonda Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının birinci Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi qəbul edildi.