Şanlı zəfərdən sonra rəsmi Tehran Azərbaycanla bağlı psixoz və qarabasma mövqeyini açıq əks etdirməyə başlayıb

Şanlı zəfərdən sonra rəsmi Tehran Azərbaycanla bağlı   psixoz və qarabasma mövqeyini açıq əks etdirməyə başlayıb

Arzu Miriyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru

Müsəlman aləminə nifrəti ilə tanınan, müsəlman tüklərə qarşı dəfələrlə soyqırımı törədən ermənilərin ən yaxın dostu, ən yaxın sirdaşı, ən yaxın qardaşı, erməniləri yaşadan, onlara kömək edən 2 dövlət varsa, onlardan biri İrandır. Adında islam olan bu dövlətin bu qədər rəzil formada, həm də açıq aşkar Ermənisatnı dəstəkləməsi ondan xəbər verir ki, əslində İslam İrana öz xarici siyasətində istifadə üçün lazımdır. İslam həmrəyliyindən danışırıqsa, İraqdakı, Suriyadakı, Yəməndəki hadisələrə baxaq. Tərs kimi bu ölkələrdə baş verən hadisələrin hamısında İran barmağı var. Orta əsrlərdən qalma məzhəb davalarını zaman-zaman körükləyən İran sözdə islam ölkəsi, dünya müsəlmanlarının himayədarı, əməldə isə islam düşmənidir. Belə olmasaydı, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan. Məscidlərimizi donuz damına çevirən erməniləri qucaqlayıb bağrına basmazdı.

Bu gün İran rəsmiləri, ayətullahlar, digər din xadimləri nə deyirlər desinlər, fakt odur ki işğal dövründə İran Qarabağın sərvətlərinin talanmasında ermənilərlə əlbir oldular, Ağdamın, Füzulinin, Qubadlı və Zəngilanın daşını daş üstə qoymadılar və İrana daşıdılar. Cirdanı çuvalda gizlətməyə çalışan bu din dəllalları Azərbaycan cəmiyyətinə xürafat, narkotik, ermənilərə isə siyasi dəstək verir. Budurmu İranın dünya müsəlmanlarına qayğısı?

Bir neçə il bundan qabaq məşhur “Vikeleks” saytında dərc olunan məqələdə bildirilirdi ki, İranın müxtəlif qrupları Qarabağa, Zəngəzura, oradan isə Robert Koçaryanın və digər Ermənistan hakimiyyətində olan separatçıların yardımıyla Avropaya narkotik satışı həyata keçirirlər. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Əfqanıstandan gətirilən narkotik maddələr vaxtikən işğal altında olan Azərbaycan əraziləri və Ermənistan bölgəsindən Avropaya göndərilib. Yeri gəlmişkən, burada narkotikdən əlavə qadın alveri, qanunsuz silahların dötürülməsi məsələsi də qeyd olunurdu.

Ümumiyyətlə, hazırda baş verən proseslər onu gösərir ki, hər hansı bir bölgədə xaos yaratmaq üçün, həmin dövlətin ərazisində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaq sahəsində  İranın çox böyük təcrübəsi var və bunu da Azərbaycana tətbiq etmək heç vaxt yadlarından çıxmır.  

Qarabağın 30 illik işğalına son qoyulması, İran və Ermənistanın narkotik ortaqlığına ciddi zərbə vurub. Yerli mətbuatda gedən xəbərlərə görə, Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağda xeyli miqdarda narkotik vasitə ələ keçirilib. Cəbrayılda narkotik paylayıcı anbar və Zəngilanda narkotunellər olan ötürmə xətti aşkarlanıb. İşğal zamanı xəttin erməni əsgərləri tərəfindən qorunduğu da məlum olub.

Keçən il noyabrın 8-də Azərbaycanın Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə üzərində Xudafərin körpüsünün şəklinin yer aldığı yeni 500 manatlıq əsginas çap etməsi İranda bir qrup medianın qəzəbinə səbəb oldu. İran mediası iddia etdi ki, guya Xudafərin körpüsü İranın milli sərvətləri siyahısına salınıb və bu, onlara qarşı hörmətsizlikdir. Ekspertlər qeyd edir ki, ermənilərin də pul vahidinin üzərində Xudafərin körpüsünün şəkli var. Amma İran mediası ermənilərin pul vahidində adıçəkilən körpünün şəklinin olmasına qıcıqlanmır, ancaq Azərbaycanla bağlı fərqli reaksiya verir.

İran mediası unudur ki, Xudafərin körpüsünün bir hissəsi İran ərazisinə düşürsə, digər hissəsi də Azərbaycan Respublikasının ərazisinə aiddir. Sözdə islamdan, müsəlmançılıqdan dəm vuran İran liderləri din qardaşlarının qanını tökən, onları soyqırıma məruz qoyan ermənilərlə, xüsusən Xocalı qatilləri ilə ağız-ağıza öpüşür. Budurmu onların müsəlman dünyasına vediyi töhfə? Bütün bunları kitablardan yox, nağıllardan yox, real olaraq görən müsəlmanlar İrana necə etibar edib onların yalançı din pərdəsi ilə bürünmüş siyasətlərini bəyənsinlər?

Azərbaycanın son dövrlərdə daha da güclənməsi, tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarması və s. bu kimi uğurları bəzi dövlətləri, o cümlədən İranı narahat edir. Bizə qonşu olan dövlətlərdən biri – Ermənistan düşmən dövlətdir. Amma digər bir qonşumuz olan İran da var ki, hər zamana Azərbaycana dost, müsəlman qardaşı desə də, təəssüf ki, ölkəmizə qarşı münasibəti birmənalı olmayıb. Biz bunları – 44 günlük Vətən müharibəsində və bu günlərdə də müşahidə edirik. İndi bizə qarşı sanksiya hədəsi sərgiləyən, əleyhimizə qətnamə qəbul edən Fransa ilə İranın fərqi nədir?

İran dövləti və bu ölkənin siyasi kursu müstəqil, demokratik və dünyəvi Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir. Əgər İran əvvəllər bu mövqeyini hardasa pərdələyirdisə, Vətən müharibəsində, Azərbaycanın şanlı zəfərindən sonra artıq rəsmi Tehran Azərbaycanla bağlı bu psixoz və qarabasma mövqeyini açıq formada fəaliyyətdə əks etdirməyə başlayıb.

Bir müsəlman dövləti olaraq Azərbaycan vətəndaşlarından öz ölkəsinə, Vətəninə qarşı casus şəbəkəsi yaratması, təhsil almağa gedən gənclərin beyninin yuyulması və onlarda Vətənə qarşı nifrət hisslərinin yaradılması İran üçün eyib deyilmi? Təəssüf ki  bu reallıqdır və İran rəsmiləri bu həqiqətdən qaça bilməzlər.

İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı. İndi guya öz aləmlərin də bu kimi xaotik məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşür ki, qarşılarındakı 90-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb.

Heç bir üçüncü dövlətə imkan verməmişik ki, ərazimizdən İrana qarşı istifadə etsin, hətta İran sanksiyalar altında sürünəndə biz əlaqələrimizə heç bir məhdudiyyət tətbiq etmədik, İran bizim hesabımıza nəfəs aldı. Çünki biz bütün qonşularımızla sülh və sabitlik şəraitində, mehriban qonşuluq münasibətləri qurub əməkdaşlıq etmək istəyirik. Amma təəssüf ki, hələlik İrandan ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik xarakterli münasibət müşahidə edirik.

Bu gün İran mediasında bizə verilən əsas suallardan biri də budur ki niyə biz İran siyasətinə nifrət edirik? Özləri bu sualın cavabını hamıdan yaxşı bilirlər. Bu nifrətin əsasını da yuxarıda mində birini qeyd etdiyim əsaslar təşkil edir. Sözdə islam, əməldə şeytan siyasəti.