Qırğızıstan – Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, ulu öndər, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub
Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri,
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə
inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Azərbaycanın Qırğız Respublikası ilə əlaqələrinin möhkəm təməli var. Bu. xalqlarımızın qardaşlıq əlaqələridir. Dövlətlərarası münasibətlər də belə bir bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qurulur. Qırğızıstan – Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, ulu öndər, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlət var. İki qardaş dövlət arasında ortaq tarixi dəyərləri, dil və mədəni bağlılıqları olan ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafı daha əhəmiyyətlidir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki dost dövlət arasında bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin yaranmasına zəmin yaratdı. Coğrafi məsafəyə baxmayaraq, ümumi ənənələri, mədəniyyəti və dəyərləri olan ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan yüksək səviyyəli ikitərəfli münasibətlərin inkişaf etməsinə xidmət edəcək.
Ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı ortaq köklər, oxşar tarixi və ümumi dəyərlər birləşdirir. Ölkələrimiz müstəqillkilərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə çatıb. Münasibətlərimizin bu səviyyəyə çatmasında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər xüsusi önəm daşıyır. İki dövlət başçısının imzaladığı Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə”nin, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”un və digər sənədlərin ölkələrimiz arasında münasibətləri yeni səviyyə qaldıracaq.
Biz əminik ki, bu səfər münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.