Şəhid Sadiq Rəhimovun Anım günündə bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir
06 noyabr 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Suraxanı rayonu Hövsan qəsəbəsi sakini şəhid əsgər Rəhimov Sadiq Nadir oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc xanım Fətullayeva, Etibar Əliyev, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Rəhimov sadiq və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmişdir ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulmuş, düşmən tapdağında olan torpaqlarımız azad olunmuşdur. Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bulaq – abidə kompleksinin açılış mərasimində çıxş edərək bildirmişdir ki, bütün şəhid ailələrinə və qazilərə qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın böyük diqqəti danılmazdır. Təşkilat sədri vurğulamışdır ki, bu gün açılışını etdiyimiz bulaq – abidə kompleksi də ali dövlət rəhbərlərinin qayğısının bariz təzahürüdür. Bu qayğı, bu diqqət bütün şəhid ailələrinə şamil olunmaqdadır. Şəhid Rəhimov Sadiqin bulaq – abidə kompleksinin timsalında biz onun ruhunu daim yaşadacağıq.
Milli Məclisin deputatı Sevinc xanın Fətəliyeva bildirmişdir ki, əsgər Rəhimov Sadiq Nadir oğlu da digər şəhidlərimiz kimi bir an belə tərəddüd etmədən vətənin azalığı uğrunda canlarından keçmişlər. Sadiq haqqında dostlarının, döyüş yoldaşlarının xatirələri bir daha sübut edir ki, Şəhidimiz müqqədəs amallar üçün böyük fədakarlıqlar etmişdir.
Milli Məclisin deputatı Etibar Əliyev qeyd etdi ki, Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xatirələri yaşadılır, əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Daha sonra mərasim iştirakçıları şəhid əsgər Rəhimov Sadiq Nadir oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər.
Qeyd edək ki, şəhid əsgər Rəhimov Sadiq Nadir oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.