YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən (318 nömrəli tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, ƏPT sədri, 318 nömrəli tam orta ümumtəhsil məktəbi direktoru Əliqismət Səfərov və ərazi təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər..
Tədbiri giriş sözü ilə açan ƏPT sədri, 318 nömrəli tam orta ümumtəhsil məktəbi direktoru Əliqismət Səfərov bildirdi ki, YAP-ın VIII Qurultayında Prezident cənab İlham Əliyev öz proqram xarakterli nitqində də qeyd etdiyi kimi müasir dövrdə informasiya məkanında yayılan yanlış məlumatlar və ideoloji təxribatlar qarşısında gənclərimizin düzgün düşünmək, məlumatları təhlil etmək və həqiqəti yalandan ayırmaq bacarığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova qurultayda qarşıya qoyulan hədəflər barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət başçısının nitqindən irəli gələn vəzifələrin YAP üzvüləri tərəfindən cəmiyyətimizin bütün nümayəndələrinin diqqətinə çatdırılması mühum tarixi vəzifədir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.