YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 44 ünvanında yerləşən (196 №-li tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, sözügedən Ərazi Partiya Təşkilatının (ƏPT) sədri, məktəbin direktoru Nizami Niftiyev, eləcə də Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsi 1 ünvanında yerləşən (Sənayecihaz Elmi - İstehsalat Müəssisəsinin “Dalğa” zavodu) Ərazi Partiya Təşkilatının sədri Kəmalə Həmzəyeva və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nizami Niftiyev iştirakçıları salamladıqdan sonra 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə Azərbaycanın müasir inkişaf mərhələsi, dövlət siyasətinin əsas istiqamətləri, milli maraqların qorunması və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər barədə danışıb, Yeni Azərbaycan Partiyasının dövlətçilik maraqlarının müdafiəsindəki rolunu qeyd edərək, partiya üzvlərinin qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində fəal mövqe nümayiş etdirməsinin vacibliyini bildirib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov vurğulayıb ki, VIII Qurultay partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirməklə yanaşı, gələcək fəaliyyət üçün mühüm istiqamətlər də ortaya qoyub. Vurğulanıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran strateji hədəfləri, yeni dövrün çağırışlarını və bu istiqamətdə görülməli işləri aydın şəkildə ortaya qoyub. Prezident İlham Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi hər bir partiya üzvündən fəallıq və məsuliyyət tələb edir. Qeyd olunub ki, partiyanın gücü üzvlərinin birliyində, təşəbbüskarlığında və gördüyü konkret işlərdə təzahür edir. Yerli təşkilatların əsas məqsədi qurultaydan irəli gələn vəzifələri əməli fəaliyyətə çevirmək və ictimai etimadı daha da gücləndirməkdir.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Paylaş