Şəhid Əhməd Kərimov şəhadətinin beşinci ildönümündə ehtiramla yad edilib
7 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhidin doğmaları şəhid Kərimov Əhməd Vaqif oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Əhməd Kərimovun Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.