Qələbəmiz Azərbaycan xalqının qələbəsi, cənab İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir

Qələbəmiz Azərbaycan xalqının qələbəsi, cənab İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir

Aygün Cəfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının müdiri 

Prezident seçkiləri hərbir xalqın həyatında mühüm siyasi hadisədir.11 aprel 2018 - ci ildə Azərbaycanda  növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilər zamanı Azərbaycan xalqı əmin idi ki, namizədlər içərisində yalnız İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi irsini uğurla davam etdirə bilər. Yalnız İlham Əliyev Azərbaycan xalqını işıqlı sabaha apara bilər. Eyni zamanda İlham Əliyev xalqımızın inam yeri , gücü idi ki, buda təsadüfi deyildir.Hakimiyyətdə olduğu 2003 - 2018- ci illərdə Azərbaycan tarixində iqtisadi yüksəliş dövrü oldu. İlham Əliyev həmin illərdə hərzaman çıxışlarında səsləndirirdiki , yalnız iqtisadiyyatı güclü olan ölkə müstəqil siyasət apara bilər.11aprel tarixi Azərbaycanın milli mənafeyi baxımından xüsusi əhəmiyyətə malik tarix oldu.


Beləliklə 11 aprel 2018 -ci il şəffaf və demokratik şəraitdə keçirilmiş Prezident  Seçkilərində xalqımız yüksək səs çoxluğu ilə  İlham Əliyevə səs verdi. Xalqımız seçkilərdə İlham Əliyevə ses verməklə - görülən işlərə , davamlı inkişafa  və siyasi sabitliyə səs vermiş oldu.


11 aprel 2018 - ci ildə xalqın prezidenti seçilən İlham Əliyev çıxışı zamanı vurğuladı ki , biz gələcəyə çox nikbin baxırıq , növbəti illərdə bizim çox aydın planlarımız var. Amalımız Azərbaycanı qüdrətli dövlətə çevirməkdir. "Bizim sözümüz imzamız qədər keçərlidir" ifadəsini səsləndirən prezidentimizin bugünki fəaliyyətində aydın şəkildə əks olunub. İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının mühüm cəhətlərini özündə birləşdirir. Lider yalnız xalqı arxasınca aparan rəhbər deyil ,eyni zamanda tarix yazan şəxsiyyətdir. İlham Əliyev hakimiyyəti dövründə sıradan rəhbər olmadı.

Azərbaycan dövləti və xalqının maraqları ilə yaşayıb mübarizə apardı. Azərbaycan dövləti surətli inkişaf yolu keçərək dövrün ən əlamətdar hadisələrindən olan 30 illik həsrətimizə son qoyuldu. 44 gunlük Vətən müharibəsi ilə Azərbaycan adını dünyaya qalib ölkə kimi tanıdan müzəffər sərkərdə oldu. Qələbəmiz Azərbaycan xalqının qələbəsi, cənab İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir! 


Azərbaycan dövlətinin misilsiz uğurlarının qarşısında cənab Prezident İlham Əliyevin imzası var.