Qürurverici haldır ki, YAP -ın üzvlərinin böyük əksəriyyəti məhz təhsil işçiləridir

Qürurverici haldır ki, YAP -ın üzvlərinin böyük əksəriyyəti məhz təhsil işçiləridir
Könül Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi və metodisti

1992-ci ildə YAP -nın yaranmasını çox gözəl xatırlayıram. Mən Naxçıvanda yaşayırdım. O illər Naxçıvanın, elə Azərbaycanın da ən ağır günləri idi. Ulu Öndər Heydər Əliyev həmin dövrü öz müsahibələrində çox böyük fəxarət hissi ilə xatırladığını dəfələrlə vurğulamışdır. O dövr, məhz Azərbaycanın xilasının Naxçıvandan başladığı günlər idi.

Müəllif yazıma Ulu Öndər Heydər Əliyevin müəllimlər haqqında dediyi tarixi bir sözlə başlamaq istəyirəm. ”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bəli, Ulu Öndərin müəllim haqqında dediyi bu fikir müəllimə nə qədər böyük dəyər verdiyinin bariz təcəssümüdür. Bir təhsil işçisi kimi əminliklə deyə bilərəm ki,Yeni Azərbaycan Partiyasının təhsilin inkişafında, təhsildə xidmətləri danılmazdır. Bəlkə də buna görədir ki, təhsil işçiləri məhz YAP-ın ətrafında sıx birləşmişlər. Müasir Azərbaycanın banisi, YAP-ın qurucusu Ulu Öndər  Heydər Əliyev Azərbaycanın təhsil sisteminin inkişafında mühüm rol oynamışdır. 1993-cü ildən sonra təhsil islahatları apararaq, müasir tədris proqramlarını beynəlxalq səviyyəyə uyğunlaşdırmış, ali  və orta təhsilin inkişafına xüsusi diqqət yetirərək, Azərbaycan təhsilinin dünya standartlarına cavab verməsini təmin etmişdir.

Məktəblərin infrastrukturunun yaxşılaşdırılması və müəllimlərin peşəkarlığının artırılması üçün müxtəlif tədbirlər həyata keçirmişdir.  Gənclərin xarici təhsil almasına dəstək verərək, beynəlxalq mübadilə proqramları və təqaüd imkanları yaratmışdır. Nəticədə, Heydər Əliyevin təhsil sahəsindəki töhfələri  Azərbaycanın sosial və iqtisadi inkişafına mühüm təsir göstərmişdir.

Ulu Öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev Azərbaycanın təhsil sistemində mühüm islahatlar həyata keçirərək, bu sahənin inkişafında  böyük layihələr həyata keçirir . O, Heydər Əliyevin təhsil siyasətini davam etdirərək, təhsil keyfiyyətini artırmaq üçün bir sıra strateji addımlar atmışdır. Prezident İlham Əliyev öz  sonuncu inaqurasiyasında təhsil islahatlarına geniş toxunaraq təhsilin  inkişafı sahəsində planlaşdırılmış dövlət prooqramından bəhs edərək təhsil sahəsinə diqqətini bir daha vurğulamışdır.  İlham Əliyev, həmçinin gənclərin xaricdə təhsil alması üçün dövlət təqaüdü  proqramlarını inkişaf etdirmiş və onları dünyada rəqabətə davamlı kadrlar kimi yetişdirməyə çalışmaqdadır.

Ən çətin vaxtlarda bu ülvi amalın taşıyıcıları öz əqidələrinə sahib çıxaraq, dövlət və dövlətçiliyi müdafiə edərək, Ulu Öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişlər. Çox sevindirici haldır ki, bu tendensiya bu gün də kütləvi şəkildə davam edir. Yəni, təhsil işçiləri kütləvi və könüllə formada Yeni Azərbaycan Partiyasına üzvlük üçün müraciətlər edirlər. Çox qürurverici haldır ki, YAP -ın üzvlərinin böyük əksəriyyəti məhz təhsil işçiləridir.

YAP hər zaman təhsil işçilərinə və təhsilə xüsusi diqqət ayırmışdır. Biz təhsil işçiləri də bu diqqətə, qayğıya layiq olaraq, daim öz şagirdlərimizi vətənpərvərlik ruhunda yetişdirməyə, onlarda vətən sevgisi, bayraq sevgisi yaratmağa çalışırıq. Bu diqqətin, qayğının nəticəsidir ki, müəllimlərin yetişdirdiyi məhz həmin gənclər Vətən müharibəsində tarix yazdılar.

44 günlük Vətən müharibəsi məktəblərdə öyrədilmiş Vətən sevgisinin ən bariz nümunəsidir. Müharibə dövründə gənclər könüllü olaraq orduya qoşuldular  və vətən uğrunda öz canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Məktəb dövründə öyrəndikləri, vətənə, torpağa, dövlətə sevgini aşılayan dərslərdə qəhrəman gənclərimiz uşaqlıqdan öyrəndikləri dəyərləri həyatda tətbiq etdilər. Onlara dərs deyən müəllimlərin əksəriyyəti məhz YAP-ın üzvləri və təəssübkeşləridirlər. Bu da bir daha sübut edir ki, cəmiyyətimizin ictimai-siyasi və ideoloji formalaşdırılmasında Yeni Azərbaycan Partiyası müstəsna rol oynamaqdadır