Qubadlıda və işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla və əbədi dalğalanacaq

Qubadlıda və işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla və əbədi dalğalanacaq

Səriyyə Cəfərova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin psixoloqu

Azərbaycan xalqının tarixində 25 oktyabr çox önəmli bir yer tutur. Belə ki Azərbaycan xalqı bu günü Qubadlının işğaldan azad edilməsi günü kimi qeyd edir. 44 günlük Vətən müharibəsi zamanı igid əsgər və zabitlərimiz ölkəmizin ərazi bütovlüyü və suverenliyi uğrunda canlarından keçərək, 28 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına şəhid oldular.

Üçrəngli bayrağımızla məsud yaşamağımız üçün əsgər və zabitlərimiz “səndən ötrü can verməyə cümlə hazırız”, səndən ötrü qan tökməyə cümlə qadiriz” deyərək öz canlarını vətən uğrunda fəda etdilər. Azərbaycan ordusu əlverişli strateji yüksəkliklərin və mövqelərin düşmən tərəfində olmasına baxmayaraq duşmənin minalanmış müdafiə-istehkam xətlərini canı və qanı bahasına yararaq ərazilərimizi işğaldan azad etdi. Əsgər və zabitlərimiz 44 günlük vətən müharibəsi zamanı hər gün böyük zəfərə doğru addımlayır, kəndlərimiz və şəhərlərimizi işğaldan azad edirdilər.

Cəbrayıl, Füzuli və Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra Azərbaycan ordusunun qarşısında duran əsas hədəf Qubadlının işğaldan azad edilməsi idi. Çünki Qubadlının işğaldan azad edilməsinin böyük strateji əhəmiyyəti var idi, Azərbaycan ordusunun Laçınına yolu açılırdı.

Bu isə bizi böyük əsas hədəfə-zəfərə doğru: Şuşanının işğaldan azad olunmasına aparırdı. Baxmayaraq ki, ermənilər digər istiqamətlərdə olduğu kimi Qubadlı istiqamətində də güclü mühəndis-istehkam tədbirləri qurmuşdular. Qubadlının həmçinin Ermənistanla sərhəd olması və əsas strateji yüksəkliklərin Ermənilərin əlində olması Ermənistanın mövqeyini xeyli gücləndirirdi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu canı və qanı bahasına oktyabrın 25də Qubadlı şəhərini düşmən işğalından azad etdi.

Qubadlının işğaldan azad edilməsi böyük qələbəmizi daha da yaxınlaşdırdı. Azərbaycan ordusunun istiqaməti artıq Laçın rayonuna idi. Laçın rayonun cənub hissəsində yerləşən kəndlər və starteji yüksəkliklər azad olunduqdan sonra Azərbaycan ordusu Laçın dəhlizi üzərində nəzarəti ələ keçirdi.

Çətin tapşırıq olmasına baxmayaraq, ordumuzun əsas hədəfi Şuşa şəhərinin erməni işğalından azad edilməsi idi. Müzzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi “Şuşasız işimiz yarimcıq qala bilərdi”. Lakin Qubadlı bu yolda çox vacib halqadır. 

Bugün şəhidlərimizin qanı və canı hesabına Qubadlıda və işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və əbədi dalğalanacaq. Ordumuzun sayəsində itirlmiş qürurumuzu və ləyaqətimizi geri qaytardıq. Azərbaycan ordusu bugün də düşmənin təxribatlarının qarşısını layiqincə alır və alacaq.

Azəbaycan xalqının milli həmrəyliyi 44 günlük vətən müharibəsində şanlı qələbənin qazanılmasında xüsusi rol oynamışdır. Belə ki, 44 günlük vətən müharibəsi zamanı Azərbaycan xalqı güclü iradəsini, əzmini, birlik və bərabərliyini bütün dünyaya göstərmiş oldu.

44 günlük vətən müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimiz dövlətimiz tərəfindən müxtəlif medal və ordenlərlə təltif olunmuşdur. Onların ailələrinə və yaxınlarına daima dövlətimiz diqqət və qayğı göstərilmişdir. Onların xatirəsi əbədiləşmişdir.

Bugun ölkəmizin qarşısında duran əsas hədəf işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq-bərpa,yenidənqurma işləri sürətlə davam etdirilməsi, nəqliyyat ifrastrukturunun və kommunikasiya xəttlərinin yenidən qurulmasıdır. Bütün bu kimi görülən işlər “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında həyata keçirilir.

Biz Azərbaycan xalqı olaraq ümid edirik ki, yaxın gələcəkdə Qarabağımız öz əvvəlki qüdrətini bərpa edəcək və insanlar orda xöşbəxt və firavan yaşayacaqlar.