Prezident Kəlbəcər sakinləri ilə öz Vətənlərində görüşdü

Prezident Kəlbəcər sakinləri ilə öz Vətənlərində görüşdü

Reyhan Suleymanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 280 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi

Kəlbəcər Azərbaycan Respublikasının xəritəsinin qızıl saplarla bəzədilmiş bir hissəsidir. Füsunkar təbiətin, qızıl  yataqlarının, istisu möcüzəsinin, şəfalı bulaqların uzun illər həsrətini çəkdik, amma bu uzun çəkən həsrət möhtəşəm siyasi bir yolla, dünyada analoqu olmayan bir müddətdə - cəmi 44 gündə bizi yenidən sevindirdi.

Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan ordusu Kəlbəcəri 25.11.2020 –ci ildə Kəlbəcəri bizə qaytardı. İndi Kəlbəcər işğaldan azad olunmuş, quruculuq, təmir –bərpa işləri aparılan möhtəşəm bir ərazidir. Bütün dünya siyasəti Azərbaycan siyasətinə heyranlıqla baxır.  

Kəlbəcərdə istifadəyə verilən tunel kompleksi, yaşayış binaları, İstisu sanatoriyası, Qızıl mədənləri, məktəb, xəstəxana və s. Surətli qurululuq işlərindən xəbər verir. Cənab Prezident hərbi formada çətin şəraitdə dəfələrə Kəlbəcərə səfər etdi, yenidən qurma işlərinin təməlində şəxsən iştirak etdi. 2020 –ci il tarixədək Azərbaycan bayrağı Ali Baş komandanın şəxsi əlləri ilə Kəlbəcər səmasına qaldırıldı və azadlıq elan olundu.

Artıq  2025 –ci ildə Kəlbəcərə köç həyata keçirildi. Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Kəlbəcər sakinləri ilə öz Vətənlərində görüşdü. Dövlət siyasəti nəticəsində yüksək keyfiyyətli  yaşayış evləri, məktəb, bağça, iş yerləri sakinlərin istifadəsinə verildi. Dahi lider, dövlət  başçısı siyasi lider İlham Əliyev bu yolda xalqımızla çiyin-çiyinə mübarizə apardı və bacardı.

Hal – hazırda bütün dünya liderləri  Azərbaycana  əlçatmaz ölkə kimi baxır. Minnətdarıq sizə, Prezident cənab İlham Əliyev!