Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi bütün təklif və təşəbbüsləri hörmətlə qarşılanır
Məlahət Novruzova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün 44 gün ərzində azad olunmuş torpaqlara səfər edənlər ermənilərin bu barbarlığının və vandalizminin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması - bunlar faktlardır,sübutlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilməzlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, həmçinin xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri , jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş torpaqlara səfər ediblər.
Biz bu münaqişəyə Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və güclü ordumuzun cəsur, igid qəhrəmanlarının mübarizəsi ilə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. Prezidentimiz İlham Əliyev 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı bildirmişdi : “Biz ədaləti və beynəlxalq huququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət bu ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992 -ci ildə Minsk qrupunu yaratdı və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.
Görüldüyü kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə həmin siyasətə son qoyduq, güclü ordumuz və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik. Ermənəstan-Azərbaycan münaqişəsi təkcə regional deyil, həm də qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi.
1993 - cü ildə BMT Təhlükəsizlik 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam, qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ancaq bu qətnamələr icra edilmədi. Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmirlər. Görəsən niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır ? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı. Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan!
Ümumilikdə, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxaq təsisatdır. Ona görə də biz səylərimizi səfərbər edərək potensialımızı və həmrəyliyimizi gücləndirməli vahid mövqedən çıxış etməliyik.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüsləri, həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə çalışmalıyıq. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi bütün təklif və təşəbbüsləri hörmətlə qarşılanır. Biz də bu işdə Prezidentimizin arxasındayıq. Azərbaycan vətədaşı olaraq hər birimiz öz öhdəçiliklərimizi yerinə yetirməklə bu işə öz töhfələrimizi verə bilərik.