Azərbaycanın İqtisadi İnkişaf Strategiyası
Elnar Abasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 323 saylı körpələr evi- uşaq bağçasının tərbiyəçi-müəllimi
Azərbaycan son 20 ildə əlverişli biznes mühiti sayəsində 350 milyard dollardan çox sərmayə cəlb edərək möhkəm bir iqtisadi təməl yaradıb. Bu gün ölkəmiz 30 illik siyasi və maliyyə sabitliyi, ÜDM-in cəmi 5,6%-ni təşkil edən aşağı xarici borcu və 2017-ci ildən bəri sabit qalan milli valyutası (1 USD = 1,7 AZN) ilə regionun ən etibarlı tərəfdaşlarından biridir.
İndiki mərhələdə əsas hədəfimiz neftdən asılılığı azaltmaq və dayanıqlı inkişaf üçün yeni sahələri işə salmaqdır. Strategiyamızın əsas sütunları aşağıdakılardan ibarətdir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak edərək, tranzit yüklərin həcmini cari 16 milyon tondan 2030-cu ilə qədər 25 milyon tona çatdırmaq. Qəbul olunmuş 4 illik Dövlət Proqramı ilə sahəyə yeni layihələr qazandırmaq, həmçinin siyasi-iqtisadi baxımdan Mərkəzi Asiya ailəsinin bir hissəsi kimi mövqeyimizi gücləndirmək.
Azərbaycan həm ənənəvi enerji sahələrində etibarlı tərəfdaş olaraq qalmaqda, həm də gələcəyin texnologiyalarına və yaşıl iqtisadiyyata cəsarətlə addımlamaqdadır. Beynəlxalq investorları bu yeni inkişaf yolunda bizimlə birlikdə addımlamağa dəvət edirik.
Biz etibarlı tərəfdaşıq. 30 il əvvəl imzalanmış neft müqavilələrinə bu günə qədər bir vergül belə dəyişilməyib. Bu, investorlar üçün ən böyük zəmanətdir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. 9 iqlim qurşağı, mətbəxi, qonaqpərvərliyi, Formula 1 və UFC kimi tədirləri ilə fərqlənir.
İnsan kapitalı olmadan hədəflərə çatmaq olmaz. 2003-cü ildə gənclərin xaricdə təhsili üçün Dövlət Proqramı başladı. Minlərlə gənc oxuyub geri qayıtdı. 1994-cü ildə neft sənayesində 90% əcnəbi çalışırdısa, indi bu rəqəm cəmi 5%-dir.
Azərbaycanın tarixi. Azərbaycan dünyada ilk neftn çıxarıldığı yerdir – 1846-cı ildə, Pensilvaniyadan da əvvəl. 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublika burada qurulsa da, 2 ildən sonra müstəqilliyimiz əlimizdən alındı.
Biz torpaqlarımızı güc yolu ilə azad etdik. Bu, tarixdə nadir hadisələrdən biridir. Bu gün isə investorları dəvət edirik ki, gəlib ölkəni öz gözləri ilə görsünlər və bizimlə birlikdə yeni inkişaf yolunda addımlasınlar.