YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər davam edir
26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirib. Növbəti belə tədbir Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi 109 ünvanında yerləşən 232 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşü giriş sözü ilə açan ƏPT sədri, məktəbin direktoru Günel Fətəliyeva bildirib ki, Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni geosiyasi reallıqlar şəraitində keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. F.Məcidzadə vurğulayıb ki, 2026-cı il oktyabrın 2-də baş tutan qurultayda partiyanın Sədri, Prezident İlham Əliyevin çıxışı dövlətimizin gələcək inkişaf istiqamətlərini, milli təhlükəsizliyin təmin olunması prinsiplərini və dəyişən beynəlxalq münasibətlər sistemində qarşıda duran strateji vəzifələri əhatə edən mühüm rəhbər sənəddir. Diqqətə çatdırılıb ki, dövlət başçısının çıxışında əksini tapan əsas məqamlardan biri Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və yaranmış yeni imkanların dayanıqlı inkişafa çevrilməsi zərurətidir. Vətən müharibəsində qazanılmış şanlı Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası milli dövlətçilik tariximizin mühüm inkişaf mərhələsini təşkil edir.
Görüşün sonunda partiya fəalları ilə geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.

Paylaş