“Zəfər Salnaməsinə İşıq Tutan Müəllim Ziyası” adlı tədbir keçirilmişdir
5 oktyabr 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının inzibati binasında “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə “Zəfər Salnaməsinə İşıq Tutan Müəllim Ziyası” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etmişdir. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, fədakar müəllimlərimizi, təhsil işçilərimizi təbrik edirik. Yerli təşkilatın sədri qeyd etmişdir ki, müəllimlik sadəcə bir peşə deyil, millətin gələcəyini inşa edən müqəddəs bir missiyadır. Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan Şanlı Zəfərimizin qəhrəmanlarını da məhz müəllimlər yetişdirmişdir.
Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Suraxanı Rayon Komitəsinin sədri Rafael Hüseynov çıxış edərək demişdir ki, gələcəyimizin memarı olan bütün müəllimlərimizi və təhsil işçilərimizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ən səmimi duyğularla təbrik edirik.
Sonda Suraxanı rayonunun fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin və körpələr evi – uşaq bağçalarının kollektivləri təhsil sahəsinə verdikləri töhfələrə görə TƏŞƏKKÜRNAMƏ ilə təltif olunublar.