VIII Qurultay YAP-ın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm mərhələdir

VIII Qurultay YAP-ın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm mərhələdir

Mehriban Rəsulova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 276 saylı uşaq bağçası- körpələr evinin müdiri

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi, mənim fikrimcə, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biridir. 2 oktyabr 2026-cı ildə Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın yeni siyasi reallıqları fonunda baş tutması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Yeni Azərbaycan Partiyası 1992-ci ildə yaradılıb və ötən müddət ərzində ölkənin siyasi həyatında aparıcı rol oynayıb. Partiyanın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra reallaşması isə bu tədbirə xüsusi məna verir.

Mən hesab edirəm ki, belə bir mərhələdə partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olduqca vacibdir. Qurultaya qədər partiyanın 84 yerli təşkilatında hesabat konfranslarının keçirilməsi və burada görülən işlərin müzakirə olunması təşkilati baxımdan mühüm addım kimi qiymətləndirilə bilər. Bu proses yerli təşkilatların fəaliyyətinə nəzər salmaq və qarşıdakı dövr üçün əsas vəzifələri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

Qurultayda VII Qurultaydan sonrakı fəaliyyətlə bağlı hesabat təqdim olunub, Təftiş Komissiyasının hesabatı müzakirə edilərək təsdiqlənib. Eyni zamanda, partiyanın Nizamnaməsinə bir sıra dəyişikliklər edilib. İdarə Heyətinin 40 nəfərdən, Təftiş Komissiyasının ise 13 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı da tədbirin əsas məqamlarından biri olub. Çıxışda Azərbaycanın keçdiyi inkişaf yolu, əldə olunan nəticələr və qarşıda duran strateji vəzifələr barədə fikirlər səsləndirilib.

Düşüncəmə görə, hər bir siyasi partiyanın fəaliyyəti yalnız bu günün deyil, gələcəyin də tələblərinə uyğun qurulmalıdır. Xüsusilə Azərbaycanın yeni siyasi və tarixi mərhələyə daxil olduğu bir dövrdə siyasi təşkilatların qarşısında daha böyük məsuliyyət dayanır. Bu baxımdan VIII Qurultay YAP-ın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm mərhələdir. 

Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayını həm partiyanın fəaliyyəti, həm də ölkəmizin ictimai-siyasi həyatı baxımından əhəmiyyətli hadisə hesab edirəm. Qurultayda qəbul edilən qərarların və müəyyənləşdirilən yeni istiqamətlərin qarşıdakı dövrdə partiyanın fəaliyyətinə ciddi təsir göstərəcəyi qənaətindəyəm. Azərbaycanın inkişafı və qarşıya qoyulan yeni məqsədlərin həyata keçirilməsi üçün siyasi sabitlik, məsuliyyət və ardıcıl fəaliyyət mühüm əhəmiyyət daşıyır.

 

Paylaş