Prezident İlham Əliyevin gənclərə və idmançılara diqqəti hər zaman ön planda olub

Prezident İlham Əliyevin gənclərə və idmançılara diqqəti hər zaman ön planda olub

İlahə Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, "Tumurcuq" körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan Prezidenti İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmana verilən önəmin bariz nümunələrindən biridir. Bu görüşdə dövlət başçısı idmançıları təbrik etmiş və onların zəhmətini yüksək qiymətləndirmişdir.  Görüş zamanı cənab Prezident vurğulayıb ki, Azərbaycan güləş məktəbi dünyada öz sözünü deyir və bu qələbələr də təsadüfi deyildir. İdmançılar ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırmağa nail olduqlarını da qeyd edir. 

İlham Əliyev həmçinin bildirir ki, dövlət tərəfindən idmanın inkişafına daim diqqət göstərilir,müasir idman kompleksləri tikilir, gənclərdə idmana marağın artması üçün geniş imkanlar yaradılır.  Görüş zamanı məşqçilərin əməyi də xüsusilə qeyd olunmuşdur. Prezident onların əməyini yüksək qiymətləndirib.

Bu görüşdə İlham Əliyev yalnız təbrik deyil, həmçinin idman siyasətinin istiqamətlərini genişləndirməyi vurğulayıb. Belə görüşlər gənclərə çox gözəl təsir edir, idmana marağı artırır, sağlam həyat tərzinə cəlb edir.