Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan həm siyasi arenada, həm də müharibə meydanında qalibdir

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində  Azərbaycan həm siyasi arenada, həm də müharibə meydanında qalibdir

Vaqif Qurbanov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

 Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı

"Güclü Ordusunun olması” mifologiyasına inanan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi dəfələrlə sərsəm bəyanatlar verərək bildirmişdilər ki, əgər hərbi əməliyyatları Azərbaycan tərəfi başlatsa, qısa bir vaxtda Bakıda qələbə paradında bizim tanklar qalib bir ordunun tankları kimi keçəcəkdir. Doğrudur, Bakıda keçirilən Qələbə Paradında onların tankları keçdilər lakin qalib  deyil, məğlub bir ordunun tankları kimi. Düşmənin döyüş texnikaları darmadağın olunmuş halda, düşmənlərə göz dağı verilərək keçirildi.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan həm siyasi arenada, həm də müharibə meydanında qalibdir.  Güclü orduya sahib bir dövlət olduğunu diqqətə almamışdılar. Özünə arxayınlığın və aparılan yanlış siyasətin nəticəsində biabırcasına məğlub olduğunu anlayan Ermənistan rəhbərliyi dünya ölkələrinin başçılarına yalvararaq müharibənin dayandırılması üçün kömək istəmişlər.

Ermənistan dövlətinin və onun  məğlubdeilməz sanılan ordusunun siyasət və müharibə meydanında biabırcasına məğlub olması ölkə rəhbərliyinin bir gülünc obyektinə çevrilməsinə səbəb olmuşdur. 44 günlük müharibə zamanı əldə olunan Qələbə, Ermənistanın  həm “Böyük Ermənistan” xülyasının, həm də Ermənistanın güclü orduya sahib olma mifologiyasını əbədi olaraq puça çıxarmış oldu. Ermənistanın dəfələrlə əldə olunmuş razılaşmaların maddələrinin tələblərini pozmasına baxmayaraq, Azərbaycan  regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün görüşlərin keçirilməsi təkliflərini müsbət qarşılayaraq daima buna hazır olduğunu bildirmişdir.

 06.04.2022-ci il tarixdə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən  3 tərəfli görüş Azərbaycanın “siyasi-diplomatik Zəfəri” kimi tarixə düşmüşdür. Görüş konstruktiv əsaslarda keçirilmişdir. Görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan siyasi üstünlüyünü qorumaq üçün bəzi təklifləri irəli sürmək istəsədə, müsbət bir nəticə əldə edə bilməmişdir. Çünki onun qarşısında Vətən Müharibəsindən qalib çıxmış güclü orduya malik, Azərbaycan kimi bir ölkə və qətiyyətliliyi, dahiyanə siyasi gedişləri ilə dünya liderlərini heyran qoyan, gücünü xalqdan alan Prezidenti cənab İlham Əliyev dayanmışdır.

Ölkəmizin həm siyasi, həmdə hərbi gücünü anlayan Ermənistanın baş naziri Nikol Paşinyan, Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülən 5 maddəlik baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması təklifləri tərəfindən qəbul edilmişdir. Bu görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması üçün iki ölkənin Xarici İşlər Nazirliyinə müvafiq təlimatın verilməsi barədə Şarl Mişel tərəfindən bəyanat vermişdir. Sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi  Görüşdən sonra Şarl Mişel mətbuata verdiyi açıqlamada bildirmişdir ki, Brüssel tərəfindən, regionun inkişafı üçün əhəmiyyətli olan layihələrin həyata keçeirlməsi üçün iqtisadi dəstək veriləcək, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində, Ermənistan və Azərbaycana texniki yardım göstərməklə kömək ediləcəkdir. Avropa Birliyinin bu münaqişənin həll olunmasında daha çox maraqlı olması onu göstərir ki, Azərbaycanla Avropanın strateji maraqları üst-üstə düşür. Buna görə də əldə olunmuş razılaşmanın maddələrinin yerinə yetrilməsinə Avropa İttifaqı tərəfindən daimi olaraq nəzarət ediləcəkdir.

 Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması çərçivəsində həll olunması ilə əldə olunan razılaşma, Ermənistan rəhbərliyi tərəfindən aparılan siyasətin dünya ictimaiyyəti tərəfindən dəstəklənmədiyinin sübutudur. Artıq Ermənistan xalqı və onun rəhbərliyi anlamalıdır ki, puç olmuş “Böyük Ermənistan” xülyasını artıq reallaşdırmaq, qonşu ölkələrin torpaqlarının hesabına öz ərazilərini genişləndirmək kimi arzusuna çatmaq qeyri mümkündür. Ermənistan rəhbərliyinin tarix qarşısında iki seçimi var: 1. ərazi iddialarından əl çəkərək dinc qonşuluq siyasəti aparmaq, regionun inkişafı üçün əhəmiyyətli olan layihələrdə iştirak etməklə səfalət içərisində yaşayan ermənilərin sosial vəziyyətini yaxşılaşdırmaq. 2. Münaqişənin həllinin uzadaraq sosial həyat tərzi yaxşı olmayan xalqını səfalətə sürükləmək. Təbii ki, ikinci seçimin nəticəsi heç də erməni separatçı rejimi üçün gözəl şeylər vəd etmir. Çünki artıq Azəıbaycan həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən çox güclü ölkəyə çevrilmişdir. Belə bir dövlətlə siyasi gərginlik yaşamaq erməni separatçılarının sonunu gətirə bilər.

Ermənistan rəhbərliyi unutmamalıdır ki, Azərbaycan xalqına öz siyası iradəsi, qətiyyətliliyi və güclü ordusu ilə tarixi Zəfər qazandıran Prezident cənab İlham Əliyevin “Dəmir yumruğu” onların başına bir daha  endirilməyə hər an hazırdır.   Bu “Dəmir Yumruq”, gücünü birliyindən alan Azərbaycan xalqının və onun rəşadətli ordusunun gücüdür.