Prezident Tacikistanın paytaxtı Düşənbəyə səfər etmişdir

Havvaxanım Məmmədhüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri
Prezident İlham Əliyev 2025-ci ilin oktyabr ayında Tacikistanın paytaxtı Düşənbəyə səfər etmişdir. Səfərin məqsədi Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak və regional əmakdaşlığın gücləndirilməsi olmuşdur.
Düşənbədə çıxış edən Prezident İlham Əliyev MDB məkanında iqtisadi və siyasi inteqrasiyanın nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafının vacibliyini vurğulamışdır. Azərbaycanın təşəbbbü ilə həyata keçirilən Bakı - Tiblisi - Qars və Orta Dəhliz kimi layihələr regionun sabitliyinə xidmət edir.
Səfər zamanı Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması xüsusi vurğulanmışdır. Bu qərar Azərbaycanın mədəni nüfuzunu artmasına və azad edilmiş ərazilərin bərpasına diqqəti cəlb edir.
Eyni zamanda görüşlərdən iqtisadi, ticarət və təhlükəsizlik məsələləri müzakirə olunmuş, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılıqlar əldə edilmişdir.